TOP 10

Millətlər Liqasında 2-ci mövsüm perspektivləri - potensial rəqiblər, ideal püşk

Futbol
Tarix: 2020-02-26 13:26

UEFA Millətlər Liqası tarixində ikinci püşkatmaya bir həftədən də az vaxt qalır. Debüt turnirində Azərbaycan milli komandası D Divizionunda yer almışdısa, öz qrupunda reytinq favoriti idisə, indi qaydalar dəyişdirildi. Və o qədər dəyişdi ki, millimiz C səbətində qrupunda reytinqdə ən zəif olacaq və dördüncü səbətdə yer alacaq.
 

Əvvəlcədən məlumdur ki, C Divizionunun 16 iştirakçısından 3-ü bizə rəqib olmayacaq. Bunlar Ermənistan, Qazaxıstan və Moldova yığmalarıdı. Məhz bu üçlük Azərbaycanla birgə qrupda dördüncü səbətdə qərarlaşacaq və birmənalı müxtəlif qruplara səpələnəcəklər.

 

Püşkatma zamanı komandamıza kimin düşəcəyini bilmirik, amma ideal arzulanan qrup tərkibini müəyyənləşdirməyə çalışacağıq. Yunanıstan, Albaniya, Monteneqro və Gürcüstanın yerləşdiyi ilk səbətdən yəqin ki, yalnız birincilər arzuolunmazdır. Bütün qalanları ilə döyüşmək olar. Və yalnız döyüşmək yox, həm də qalib gəlmək.
 

İkinci səbətdə Şimali Makedoniya, Kosovo, Belarus və Kipr milliləri yer alıb. Nə qədər paradoksal görünsə də, bu kvartet ilk səbətdəki komandalardan daha güclü görünür. Millimiz ilk Millətlər Liqasına hazırlıq çərçivəsində Qurban Qurbanovun rəhbərliyi altında makedoniyalılarla oynadı. Onda tərəflər "sülh"lə ayrıldılar - 1:1. Ancaq Antalyadakı yoldaşlıq görüşünü xatırlayırıq və etiraf etməliyik ki, rəqib daha parlaq görünürdü. Kosovoyla da praktikada tanışıq. Yumşaq desək, bu rəqibin əlinin altına düşməsək, yaxşıdı. Qalır Kiprlə Belarus ki, müqayisədə keçmiş postsovet məkanına düşmək daha yaxşıdır. Burda məsələ Belarus və Kipr milliləri arasında texniki və taktiki müqayisələrdə deyil. Söhbət ondan gedir ki, adalıların publikasının hansı təzyiq göstərə biləcəyini yaxşı bilirik.

 

Üçüncü səbət bəlkə də ən yaxşısıdır. Bu da anlaşılandı, reytinq təsir göstərir. Bu kvartetdə yalnız Sloveniya nisbətən güclü görünür. Estoniya, Litva və Lüksemburqa nə qədər hörmətlə yanaşsaq da, nə qədər güclənsələr də, bu rəqiblər bizim üçün yetərincə arzuolunandı.
 

Azərbaycan üçün rəqiblərlə bağlı arzuolunan sıralamanı yekunlaşdıraq - Gürcüstan, Belarus, Litva. Bəlkə də indi utopik görünə bilər, amma uğurlu püşk və bəzi anlarda bəxt sayəsində milli komandamız qrupda hətta birinci yer uğrunda da mübarizə apara bilər.


Qeyd edək ki, Millətlər Liqasının 2020/21 mövsümünün püşkü 2020-ci ilin matrtın 3-də Amsterdamda keçiriləcək. Qrup mərhələsinin oyunları 2020-ci il sentyabrın 3-dən 17-dək davam edəcək.


 

CBCsport
05 Aprel 2020