TOP 10

"Arsenal"ın futbolçusu "Qarabağ"la oyunda geyindiyi formanı divardan asıb: "O günü heç vaxt unutmayacam"

Futbol
Tarix: 2020-02-26 11:38

London “Arsenal”ının futbolçusu Bukayo Saka Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirdikləri oyunu xatırlayıb. Sport24.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi klubunun saytına açıqlamasında Azərbaycan təmsilçisiylə ev matçının onun üçün xüsusi bir görüş olaraq, heç vaxt unutmayacağını bildirib: “Əsas komandada debütüm ötən il Ukraynada oldu. Səfərdə oynadığımız üçün ailəm orada olmadı. "Emireyts"dəki matçda isə ailə üzvlərimin hamısı gəlmişdi.  Bu, 17 yaşımın tamamından bir neçə ay sonra "Qarabağ"la Avroliqa oyunu idi. Meydana start heyətində çıxacağımı bir gün əvvəl demişdilər. Həmin gecəni yata bilməmişdim. Hətta atam da yata bilmədiyini mənə söyləmişdi. Ailəm məni dəstəkləmək üçün oyuna gəlmişdi. Matçdan sonra necə xoşbəxt göründüklərini xatırlayıram".

 

Bukayo 2018-ci ilin dekabrın 13-də Londonda "Qarabağ"a 1:0 hesabıyla gəldikləri həmin matçda geyindiyi formanı özüylə götürdüyünü, evdə divardan asdığını açıqlayıb: "O günü heç vaxt unutmayacam. Əslində, həmin görüşdə də qol vurmaq üçün böyük şansım var idi. Gördüklərimdən öyrəndim və indi də öyrənməyə davam etmək istəyirəm".
 

 

CBCsport
05 Aprel 2020
04 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL