TOP 10

Məhəmmədəliyev rekordunda özünü fərqləndirmir, Beqoviçdən "oğurladığı" keyfiyyəti açıqlayır: "Buna görə bir az hirsləndim, ancaq haqsız idim..."

Futbol
Tarix: 2020-02-26 10:59

"Qarabağ"ın qış fasilində Asmir Beqoviçin icarə müqaviləsinin bitərək gedişindən sonra yeni qapıçı alacağı müzakirə mövzusu olsa da, sonda bu mövqeyə transfer reallaşmadı. Baş məşqçi Qurban Qurbanov 3-cü dövrədə "çərçivə"ni Şahrudin Məhəmmədəliyevi tapışırıb ki, millimizin də üzvü etimadı doğruldur. Ən azı bu faktı deyək ki, Şahrudin qış fasiləsindən sonra qol buraxmayan yeganə qapıçıdı. Məhəmmədəliyev son turda "Sumqayıt"ı evdə 1:0 hesabıyla məğlub etdikləri matçdan sonra Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. 

 

- Çətin qələbə qazandınız. Keçmiş komandan "Sumqayıt"la matçlarınız adətən çətin olur. Bunu nəylə əlaqələndirərdin? Rəqibin əsas gücü nədədi?

- Həqiqətən də onlara qarşı oynamaq çox çətindi. "Sumqayıt" güclü komandadı, güclü baş məşqçisi var. Yaxşı fərdi oyun keyfiyyətlərə malik futbolçulara malikdi. "Sumqayıt" çempionatımızın ən yaxşı komandalarından biridi, Əsas gücü odur ki, topla yaxşı oynayır. Topu "Sumqayıt"a versən, istənilən komandaya ona qarşı çətin olacaq. 

 

- Aydın məsələdir ki, əsas nəticədi, onu qazandınız. Bəs, oyun necə keçdi?

- Fikrimcə, çoxlu qol şansımız oldu ki, onu reallaşdıra və bununla da əsəb gərginliyinə daha tez son qoya bilərdik. İstənilən halda, layiqli qələbə qazandıq. Sadəcə, təəssüf ki, lazımsız "sarı"lar, qırmızı vərəqə aldıq. Bu da xoşagəlməz haldır ki, Mahir Emrelini itirdik.

 

- Bombardirinizi lazımsız 2 sarı vərəqə alaraq cəzalı duruma düşdüyünə görə qınayırsınız?

- Düşünürəm ki, orda heç nə yox idi.

 

- İkinci, yoxsa birinci "sarı"da?

- İkincidə. Mahir topa oynadı. Bəli, bir az sərt davrandı, ancaq bu, 2-ci sarı vərəqəlik deyildi. Əlbəttə, bu, hakimin mühakiməsində olan məsələdi, onların işinə qarışmayacam, mən də "Qarabağ"ın futbolçusuyam. Sadəcə, mənə elə gəlir ki, 2-ci qayda pozuntusu "sarı"ya dartmırdı. 

 

- Sən də "sarı" aldın. Həmin epizodda rəqib müdafiəçi Şəhriyar Əliyevlə nəyi bölə bilmədin?

- Yüngül anlaşılmazlıq oldu. Heç bir problem yoxdu, hər şey qaydasındadı. 

 

- O epizodda uğursuz çıxış edərək topu əlindən buraxdın ki, sonluq gərginliyə gətirib çıxardı...

- Ona görə topu əlimdən buraxdım ki, Şəhriyar məni itələdi. Bu, azmış kimi, hakim fitini səsləndirəndən sonra bilərəkdən üzərimə yıxılaraq məni sıxmağa başladı. Buna görə bir az hirsləndim. Ancaq haqsız idim, lazım deyildi, yersiz sarı vərəqə idi. 

 

- Qış fasiləsindən sonra "Qarabağ"ın çıxışına necə qiymət verərdin?

- Yalnız "Neftçi"ylə matç oldu ki, onda xal itirdik. Qalanlarında yaxşı oynayaraq, qol imkanlarımızdan yararlanaraq qələbə qazanmışıq. Hələ ki hər şey yaxşı gedir. Antalyada yaxşı hazırlaşmışdıq. Bundan sonra daha çox artırmalıyıq. 

 

- Nəhayət, sən də davamlı oynamağa başladın. Daha yalnız "Neftçi"ylə matçlarda şans qazanmırsan...

- (gülür) Etimad göstərirlər, oynayıram. Necə alındığına qiymət vermək isə mənlik deyil.

 

- Qış fasiləsindən sonra qol buraxmayan yeganə qapıçısan...

- Hesab edirəm ki, komanda qol buraxmırsa, bu, bütün komandanın zəhmətidi. Bunda xüsusi rolum yoxdu. 

 

- Gözləyirdin ki, qış fasiləsindən sonra belə uzun müddət şans qazanacaqsan?

- Həmişə gözləyirəm, həmişə hazırlaşıram, səylə işləyirəm ki, əsas heyətdə yer alım. Qərarı isə baş məşqçi verir. Mənə şans verəndə, oyunumla özümü sübut etməyə çalışıram.

 

- Asmir Beqoviç artıq gedib, Vaqner da Silva isə bu mövsüm meydana çıxmayıb. Üstəlik, sən yerli oyunçusan. Bütün bunlar səndə arxayınlıq yaratmır?

- "Qarabağ"da 4-cü ildi çıxış edirəm, məndə heç vaxt arxayınlıq olmayıb. Oynamamaq isə ağır mövzudu. Komandada həmişə bir qapıçı oynayır. Ötən mövsüm mən bu vəziyyətdə idim, onda Vaqner oynayırdı. İndisə vəziyyət əksinədi, braziliyalı həmkarıma çətindi, onu yaxşı başa düşürəm. Məncə, yaşın çox olduqca bu psixoloji vəziyyətdən çıxmaq daha asandı. Mən gəncəm, çılğınam, Vaqner isə daha təcrübəldi. məni həmişə dəstəkləyir. Bütün müsahibələrində bunu nümayiş etdirib. Belə insanla bir komandada olmaq, işləmək çox xoşdu. 

 

- Sənə daha məşhur qapıçıyla - Asmir Beqoviçlə də birgə hazırlaşmaq, rəqabət aparmaq nəsib oldu. Ondan hansı faydanı gördün, nəyi yaxşı mənada "oğuraya" bildin? Ümumiyyətlə, Asmirlə "Milan"a keçidindən sonra əlaqən varmı?

- Onunla yaxın münasibətim olmayıb ki, sonradan ünsiyyət quraq. "Qarabağ"da olan qapıçılarda yaxın olduğum, gedəndən sonra da ünsiyyət qurduğum İbrahim Şehiçdi. O, həm yaxşı qapıçıdı, həm də yaxşı insan. Beqoviçə gəlincə, işinin peşəkarı idi. işini dəqiq görürdü, heç bir irad yeri qoymurdu. 

 

- Özünü ulduz kimi yuxarıdan aparmırdı?

- Yox-yox. Çox sadə insandı, Sakit oynayırdı, sakit gedib-gəlirdi, hamıyla eyni səviyyədə olurdu. Özünü elə aparmırdı ki, İngiltərədə çıxış etmişəm. Halbuki, bu ölkədə maksimum oynayan qapıçıların "TOP-5"liyindədi. Beqoviç buna xüsusi fərq qoymurdu. Ondan sakitliyi "oğurladım". Yəqin ki, belə olmağı İngiltərədən gəlməyi ilə bağlı idi. Hər halda, ordan "Qarabağ"a gəlmişdi. Azərbaycan çempionatı onun üçün həddən çox rahat bir yarış idi. İlk təəssüratlar xüsusilə "Neftçi"ylə matçla bağlıdır ki, debütdəcə səviyyəsini göstərdi. Xüsusilə də saqqızıyla diqqət çəkdi (gülür). Komandamıza gələn hər bir qapıçıdan həmişə özüm üçün nəsə götürməyə çalışıram. Sakit olmaq və özünü elə inamlı göstərmək lazımdı ki, ətrafındakıların hamısı yaxşı qapıçı olmağına əmin olsun. Bunu Asmirdən götürdüm. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
05 Aprel 2020
04 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL