TOP 10

Turun "5-liy"i: "Qarabağ" rekordçunu dayandırdı, qapıçısının rekordu davam edir

Futbol
Tarix: 2020-02-25 19:00

Azərbaycan Premyer Liqasının cari mövsümdə qış fasiləsindən sonra dördüncü turu bir sıra məqamlarla yadda qaldı. Sport24.az onlar arasında "Top-5"i seçərək diqqətinizə çatdırır.

 

 

Məhəmmədəliyev 403-ə çatdı

Qış fasiləsindən sonra "Qarabağ" ən yaxşı nəticə göstərməklə yanaşı, qol buraxmayan yeganə komandadı. Özü də Ağdam təmsilçisinin 10 xal topladığı bu 4 matçda "çərçivə"sini 3-cü qapıçısı sayılan Şahrudin Məhəmmədəliyev qoruyub. Maraqlıdı ki, Asmir Beqoviçin gəlişinədək ilk 3 turda da "Qarabağ"ın qapısında məhz bu milliləşdirilən dağıstanlı qolkiper dayanaraq top buraxmamışdı. Komandanın baş məşqçisi Qurban Qurbanov ötən ilin son turunda da Şahrudinə əsas heyətdə şans verib ki, o da "Keşlə"ylə həmin ev matçında qapısında 2 top görmüşdü (2:2). Beqoviç nə qədər məşhur qapıçı olsa da, ən yaxşı halda ardıcıl 2 tur "quru seriya"sı olub. 26 yaşlı Məhəmmədəliyevi isə son olaraq "Keşlə"nin futbolçusu Tural Bayramlı 47-ci dəqiqədə topu tordan çıxarmağa məcbur edib. Beləliklə, millimizin də üzvü olan Şahrudinin "quru seriya"sı artıq 403 dəqiqəyə çatıb. 

 

 

Şeydayev 643 gündən sonra qayıtdı

Ramil Şeydayev 2 ilə yaxın fasilədən sonra Azərbaycan Premyer Liqasında meydana çıxıb. Millimizin hücumçusu bunu "Sabah"da ilk rəsmi matçını keçirməklə reallaşdırıb. Ramil "Səbail"lə qolsuz bərabərliklə nəticələnən "Bank Respublika Arena"da qarşılaşmada sonradan meydana çıxan millidəki komanda yoldaşı Təmkin Xəlilzadəni 87-ci dəqiqədə əvəzləyib. Məlumdur ki, 24 yaşlı Şeydayev bunadək 2017/18 mövsümündə milli çempionatımızın iştirakçısı olaraq "Qarabağ"da çıxış edib (15 matç, 1 qol). O, Premyer Liqamızda son olaraq həmin mövsümün axırıncı turunda "Qəbələ"yə 2018-ci ilin mayın 21-də "Azərsun Arena"da 1:0 hesabıyla qalib gəldikləri görüşdə çıxış etmişdi, 66-cı dəqiqədə Ağabala Ramazanovu əvəzləmişdi. Ramil Azərbaycan çempionatında yeganə qolunu "Kəpəz"ə Gəncədə vuraraq "Qarabağ"a 1:0 hesablı qələbə qazandırıb. 

 

 

"Keşlə"də özbək ilki

"Keşlə"nin qış transferi Şaxruh Qadoyev qol hesabını açıb. Özbəkistanlı cinah yarımmüdafiəçi bunu "Zirə"ylə ev matçının 19-cu dəqiqəsində hesabı açmaqla gerçəkləşdirib. 29 yaşlı Qadoyev 71-ci dəqiqədə də fərqlənərək dublla başlayıb və 4:0 hesablı qələbədə əsas pay sahibi olub. O, "Keşlə"nin tarixində 2-ci özbək futbolçudu. Bunadək "Neftçi"də çıxışıyla tanınan, çempionatımızın bombardiri olan Bahodir Nasimov də keşləlilərin uğurları üçün çalışsa da, bu hücumçu yarım ildə qol hesabını aça bilmədi.

 

"Keşlə"nin yetirməsi olan yarımmüdafiəçi Pərviz Azadov da qol hesabını açıb. Bunadək klubun digər yetirməsi - gənc hücumçu Xəzər Mahmudov da fərqlənmişdi, özü də dublla debüt etmişdi. Ancaq bu. Premyer Liqada yox, Azərbaycan Kubokunda baş vermişdi. 20 yaşı bu ilin oktyabrın 19-da tamam olacaq Pərviz cari çempionatda "Keşlə"də ən gənc qol vuran futbolçudu. Bu göstəricidə mövsümün rekordçusu isə "Sabah"ın futbolçusu Şakir Seyidovdu. Belə ki, U-21 yığmamızın da üzvü olan bu yarımmüdafiəçi VI turda "Səbail"ə qol vuranda heç 19 yaşı tamam olmamışdı.

 

 

"Zirə"nin aqibətini heç kəs yaşamayıb

"Zirə" ardıcıl 2-ci darmadağın alaraq 2 oyuna 10 cavabsız qol buraxıb. Zaur Həşimovun komandası "Qarabağ"a evdə 0:6 hesabıyla uduzandan sonra səfərdə "Keşlə"dən 0:4 hesablı məğlubiyyət alıb. Hər iki matçda "Zirə"nin qapıçısı Orxan Sadıqlı olub.

 

Bu, "qartallar"ın cari çempionatda 4-cü böyükhesabll məğlubiyyəti olub. Özü də bunların hamısı Həşimovun dövründə qeydə alınıb - daha əvvəl səfərdə "Neftçi"dən və "Qəbələ"dən 0:3. "Səbail" də cari çempionatda 4 böyükhesablı məğlubiyyət alıb. Sadəcə, nəinki Aftandil Hacıyevin yetirmələri, böyükhesablı məğlubiyyətləri alan digər komanda - "Qəbələ" də "Zirə" kimi ardıcıl darmadağın olunmayıb. Zaur Həşimovun komandası ardıcıl 3 turdur uduzaraq qapısında 12 top görüb. 

 

 

"Sumqayıt" dayandı, mövsümün rekordu yenilənmədi

"Sumqayıt"ın cari çempionatda seriyası qırılıb. Belə ki, Ayxan Abbasovun komandası ardıcıl 10 oyundan sonra meydanı qolsuz tərk edib. Bu, "Qarabağ"a Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 hesablı uduzduqları matçda reallaşıb. "Sumqayıt"ın uğurlu seriyası ikinci dövrənin startından başlayaraq 10 matçda 17 qoldan ibarət olub. Ayxan Abbasovun yetirmələri son dəfə ilk dövrənin son turunda "Keşlə"ylə ev matçında rəqib qapısına yol tapa bilməmişdi - 0:0.

 

Bu 10 oyunluq qol seriyası cari çempionatın rekordudu. Bunadək həmin göstəricidə rekord həmin "Qarabağ"a məxsus idi. Belə ki, Qurban Qurbanovun komandası ilk 9 turda meydandan qolsuz ayrılmadı. Seriya X turda "Neftçi"ylə "Bakcell Arena"da qolsuz bərabərliklə nəticələnən matçda qırıldı. 

 

CBCsport
05 Aprel 2020
04 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL