TOP 10

“Əsgərə salam”ı "Ərgünəş" qazandı

Futbol
Tarix: 2020-02-24 14:07

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyası çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə ilk dəfə olaraq məcburi köçkün gənclər arasında təşkil etdiyi futzal turniri başa çatıb. Sport24.az xəbər verir ki, turnirdə Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrdən 9 komanda iştirak edib.

 

Turnirin yarımfinal mərhələsində “Ərgünəş” (Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi), “Həkəri” (Sumqayıt şəhəri, 12-ci mikrorayon), “Çinar” (Abşeron rayonu, Masazır qəsəbəsi), “Qarant” (Qarant yaşayış kompleksi) komandaları yarışıblar. “Ərgünəş” “Həkəri”yə 3:2, “Çinar” isə “Qarant”a 4:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

 

Maraqlı idman mübarizəsi şəraitində keçən final qarşılaşmasında “Ərgünəş” “Çinar”a 4:2 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

 

Turnirin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına, gənc nəslin fiziki və mənəvi sağlamlığına dövlətimizin böyük qayğı göstərdiyini, bu qayğının məcburi köçkün gəncləri də əhatə etdiyini diqqətə çatdırıb.

 

Qeyd edilib ki, məcburi köçkün gənclər arasında idmanın kütləviliyinin artırılması, onların arasında sağlam həyat tərzinə təşviq edilməsi üçün tədbirlər həyata keçirilir, mövcud yaşayış komplekslərində bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün yeni zallar açılır, idman qurğuları yaradılır.

 

Dövlət Komitəsinin sədri ilk dəfə keçirilən futzal turnirinin qaliblərini təbrik edib, yarışın ənənəvi olaraq hər il keçirilməsinin, respublikanın bölgələrini əhatə etməsinin, həmçinin məcburi köçkünlər arasında digər idman növləri üzrə turnirlərin də təşkil olunmasının nəzərdə tutulduğunu bildirib.

 

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək qalib komandanı təbrik edib və uğurlar arzu ediblər. Belə turnirlərin keçirilməsi yüksək qiymətləndirilib.

 

Sonra qaliblərə və turnirdə fərqlənənlərə mükafatlar təqdim edilib.

 

CBCsport
05 Aprel 2020
04 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL