TOP 10

Yunan-Roma güləşçilərimiz lisenziya turnirinə hazırlığı davam etdirir

Güləş
Tarix: 2020-02-25 17:20

Yunan-Roma güləşi üzrə yığmamız Avropa Olimpiya Təsnifat turnirinə hazırlığı davam etdirir. Sport24.az xəbər verir ki, fevralın 19-dan Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışına start verən millimiz martın 2-dək əsasən fizikin hazırlığın yüksəldilməsi istiqamətində çalışmaları həyata keçirəcək.


Toplanış Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərovun nəzarəti, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında baş tutur. Hazırlıq prosesində Rusiyadan dəvət olunmuş bir neçə güləşçi də iştirak edir. Onlar güləşçilərimizin sınaqçı-rəqibi kimi toplanışa qatılıb.


Xatırladaq ki, bu ilin ilk lisenziya yarışı martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

CBCsport
31 Mart 2020
30 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL