TOP 10

Region Liqasında sensasiyalarla yekun: Lider ilk məğlubiyyətini autsayderdən aldı, "Uğur"u yenə qusarlılar büdrətdi

Futbol
Tarix: 2020-02-25 17:00

Region Liqasında növbəti tura yekun vurulub. Sport24.az xəbər verir ki, turun sensasiyası Oğuzda qeydə alınıb.

 

Belə ki, Qərb və Şimal-Qərb zonasının lideri "Energetik" son pillədə gedən "Oğuz"a gözlənilmədən uduzub. Bununla da Mingəçevir təmsilçisi cari mövsümdə ilk məğlubiyyətini alıb, oğuzlular isə ilk qələbəni bayram edib. Həmin zonanın digər matçında da diqqətçəkən nəticə qeydə alınıb. Söhbət "Göyəzən"in 103 günlük fasilədən sonra qələbə qazanmasından gedir. Qazax təmsilçisi "Şəki"yə ev matçında vacib qələbə qazanaraq pley-offa düşmək şansını saxlayıb.

 

Turnirin ikiqat çempionu "Uğur"un büdrəməsi də gözlənilməz olub. "Şirvanovka"nın bombardiri Kamil Nurəhmədovun bərabərlik qolu sumqayıtlıarın qələbəni əldən verməsiylə nəticələnib. Qəzənfər Abbasovun komandası bunadək yalnız Qusar "Şahdağ"ıyla matçda bərabərliyə imza ataraq xal itirmişdi. "Şirvanovka"nın da Qusar təmsilçisi olması maraqlı məqam kimi diqqət çəkir. Beləliklə, Qusar "Şahdağ"ı nəhayət, vahid lider olub. 

 

"Qusar" "Qardaşlar"ı evdə olduğu kimi, səfərdə də "topa tutub". Bu yerdə bildirək ki, III turda keçirilən "Qusar" - "Qardaşlar" matçı (15:3) cari mövsümün ən məhsuldar oyunudu.

 

Cənub zonasında turun son matçında "TST Astara" qış fasiləsindən sonra ilk qarşılaşmaya çıxıb. İlk turda "Neftçala"yla görüşü təxirə salınan astaralılar autsayder "Şıxlar"ı səfərdə darmadağın edib. 

 

 

Paytaxt və Mərkəz zonası

"Şirvanovka" (Qusar) - "Uğur" (Sumqayıt) - 1:1

Qollar: Kamil Nurəhmədov, 70 - Ramal Əhmədov, 57

 

"Qardaşlar" (Bakı) - "Qusar" - 1:11

Qollar: Rauf Əliyev, 44 - Elvin Əlizadə, 10, Ramiz Çovdarov, 27, 86, Orxan Həsənəliyev, 39, 81, Vüsal Buludlu,61, 63, 65, 87, 88, 90+3, Coşqun Süleymanov, 79

 

"Şahdağ" (Qusar) - "İrəvan" (Bakı) - 8:1

Qollar: İqrar Səmədov, 13, İlqar Hüseynov, 34, 58, 64, İlham Allahverdiyev, 39, 86, vüqar Asəliyev, 69, Firuddin Ağalarov, 71 - Elvin Əliyev, 51

 

"Şahdağ" (Qusar) - 28 (10), "Uğur" - 26 (10), "Şahdağ" (Quba) - 18 (10), "Şirvanovka" - 16 (10), "Qusar" - 15 (9), "Xudat" - 10 (6), "İrəvan" - 3 (9), "Qardaşlar" - 3 (10)

 

 

Qərb və Şimal-Qərb Regionu

"Göyəzən" (Qazax) - "Şəki" - 2:1

Qollar: İlkin Allahverdiyev, 22, 75 - Nicat İmaməliyev, 82

 

"Oğuz" - "Energetik" (Mingəçevir) - 1:0

Qol: Azər Məmmədov, 63

 

"Energetik" - 20 (9), "Şəki" - 14 (9), "Qoşqar UGİM-2" - 11 (8), "Göyəzən" - 10 (9), "Oğuz" - 5 (9)

 

 

Cənub zonası

"Şıxlar" (Qobustan) - "TST Astara" - 0:6

Qollar: Sergey Markelov, 38, Röyal Nəcəfov, 67, 78, Aydın Qasımov, 70, Məhəmməd Bədəlbəyli, 85, Afin Bağırov, 90+1

 

"Alyans" - 25 (11), "TST Astara" - 22 (10), "Ümid" - 19 (11), "Neftçala" - 9 (10), "Ərkivan" - 8 (10), "Şıxlar" - 4 (11) 

CBCsport
05 Aprel 2020
04 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL