TOP 10

AFFA Şıxlarovun əməliyyat xərclərindən yayınmasına dair ittihamlara cavab verdi

Futbol
Tarix: 2020-02-25 16:04

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə veteran futbolçu Səmədağa Şıxlarovun əməliyyat xərcləri barədə qızğın müzakirələr gedir. İddia olunur ki, AFFA rəhbərliyi 64 yaşlı sabiq hücumçuya əməliyyat xərclərini üzərinə götürəcəyinə dair söz versə də, sonradan vədinə xilaf çıxıb.

 

Məsələ ilə bağlı AFFA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullaya əlaqə saxladıq. Həmsöhbətimiz Sport24.az-a verdiyi açıqlamada, bütün qaranlıq məqamlara aydınlıq gətirdi: “Futbol veteranı Səmədağa Şıxlarov Respublika Diaqnostika Mərkəzində aparılacaq cərrahiyyə əməliyyatının maliyyə xərcinin ödənilməsi ilə bağlı AFFA-ya müraciət edib və müraciətə uyğun olaraq, AFFA rəhbərliyi tərəfindən əməliyyat xərcinin ödənilməsi barədə göstəriş verilib. Müvafiq qaydada AFFA ilə Respublika Diaqnostika Mərkəzi arasında müqavilə imzalanıb. Lakin məlumat almışıq ki, fevralın 24-də Səmədağa Şıxlarov qeyd olunan tibb ocağında əməliyyat olunub. AFFA Respublika Diaqnostika Mərkəzi (RDM) ilə əlaqə saxlayıb və mövcud müqaviləyə uyğun olaraq, müvafiq məbləğ RDM-ə ödəniləcək. Əgər daha öncə məbləğ ödənilibsə, Səmədağa Şıxlarova geri qaytarılacaq. Bununla bağlı RDM-dən AFFA-nın müvafiq strukturuna təsdiq cavabı verilib”.

 

 

 

football24
25 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB