TOP 10

“Qarabağ”la “Qəbələ” polisə görə cərimə olundu

Futbol
Tarix: 2020-02-25 15:30

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 

“Sabah” – “Səbail” oyununun 15-ci dəqiqəsində “Sabah”ın futbolçusu Yevgeni Koçuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. Xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Sabah” 800 manat cərimə olunub.


“Qarabağ” – “Sumqayıt” oyununda “Qarabağ”ın futbolçusu Mahir Emreli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə, “Qarabağ” klubu 400 manat cərimə olunub.


“Qəbələ” – “Neftçi” görüşünün oyunöncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə, “Qəbələ” klubu 400 manat cərimə olunub.

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL