TOP 10

Rüfət Dadaşov oynadı, komandası qələbə qazandı

Dünya Futbolu
Tarix: 2020-02-24 16:40

ABŞ-ın “Feniks Rizinq” klubu “Visit Tucson Sun Cup” turnirində növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi komanda “Real Salt Lake” ilə üz-üzə gəlib.


Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.  Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.


Xatırladaq ki, “Feniks Rizinq” ilk turda “Kolambus Kryu” ilə qarşılaşmada 0:1 hesabıyla uduzmuş, ardından “Sportinq Kanzas Siti”yə 2:1 qalib gəlmişdi. Bu nəticələrdən sonra 6 xala malik “Feniks Rizinq” ikinci yeri tutub. “Kolambus Kryu” isə 7 xalla birinci olub.


Rüfət qış transfer pəncərəsi dövründə Almaniyanın “Proyssen” klubundan “Feniks Rizinq”ə keçib.

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL