TOP 10

“Kəpəz”də 79 yaşın görüşü

Futbol
Tarix: 2020-02-24 16:00

Dünən Gəncə futbolunun canlı əfsanəsi Müzəffər Qasımovun doğum günü idi. Sport24.az xəbər verir ki, qocaman futbolçunun 79 yaşı tamam olub. Bu münasibətlə “Kəpəz”in əsas komandasının məşqindən öncə meydançada sabiq yarımmüdafiəçi ilə görüş keçirilib, ad günü təbrik olunub.


Klubun icraçı direktoru İlqar Nadiri çıxışında Müzəffər müəllimin xidmətlərindən danışıb. Gəncə futboluna bağlı olan şəxs kimi onun Kirovabad “Dinamo”sunun əldə etdiyi uğurlarda pay sahibi, uzun illər komandanın kapitanı olduğunu vurğulayıb. Qasımovun futbolçu karyerasını başa vurduqdan sonra doğma klubunda baş məşqçi, komandanın rəisi kimi vəzifələrdə işlədiyini xatırladan Nadiri hazırda isə Müşahidə Şurasında çalışdığını bildirib. Klub rəhbəri çıxışının sonunda komanda adından Müzəffər Qasımova hədiyyə verib.


“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə də təbriklərə qoşularaq, Müzəffər müəllimin ölkə futbolunun inkişafı istiqamətində fəaliyyətinə, töhfələrinə görə dəfələrlə mükafatlandırıldığını deyib. Onun idman ustası, əməkdar məşqçi, fəxri bədən tərbiyəsi və idman işçisi kimi bu gün də yeniyetmə və gənclər, o cümlədən futbol sahəsində işləyən hamı üçün canlı nümunə olduğunu qeyd edib.


Çıxışlardan sonra “Kəpəz”in Müşahidə Şurasının ən qocaman üzvü komandanın ən gənc futbolçusu olan Ümid Səmədovla birgə tortu kəsib.

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL