TOP 10

Banişevskinin xatirə turniri keçirildi, Zaurla Mahmud yenidən forma geyindi

Futbol
Tarix: 2020-02-24 13:40

Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, mərhum Anatoli Banişevskinin anadan olmasının 74-cü ildönümü münasibətilə AFFA və Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə xatirə turniri keçirilib. Sport24.az AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA-nın Futbol Akademiyasının süni örtüklü meydançasında təşkil olunan mini-turnirdə 4 komanda mübarizə aparıb. 
 

Hakimlər Komitəsinin komandasını məğlub edən veteranlar yığması xatirə turnirinin qalibi olub. Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Veteranlar İttifaqının sədri Oqtay Abdullayev, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov və ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov iştirak ediblər. Qalib komandaya kuboku mərhumun həyat yoldaşı İnna Banişevski təqdim edib.


Turnirdə Zaur Ramazanov, Emin Quliyev, Mahmud Qurbanov kimi yaxın keçmişin tanınmış futbolçuları da iştirak ediblər.

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL