TOP 10

Millinin baş məşqçisi əcnəbi olarsa, Mircavadova ölkəsi fərq etməyəcək: "Hər mütəxəssis gənclərə əsas komandada yer etibar edərmi?"

Futbol
Tarix: 2020-02-24 10:07

Milli komandamızın yeni baş məşqçisinin adını biləcəyimiz gün uzaqda deyil. İtaliyalı mütəxəssislər Çezare Prandelli və Canni De Byazinin namizədliyini əvvəlcədən açıqlamışdıq. Onlarla yanaşı, türkiyəli mütəxəssis Abdullah Avcının da adı hallandırılır. Bəs, hansı məşqçilik məktəbi bizə daha yaxındır? Almanı, xorvatları və braziliyalını artıq iş başında görə bildik. Dünya xəritəsində boylana biləcəyimiz hələ çox futbol ölkəsi var. Sport24.az bununla bağlı AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadova müraciət edib.
 

Təcrübəli mütəxəssis bir qədər yayındırıcı cavab verib: “Yeni baş məşqçi Azərbaycan futbolunu bilməlidir. Hətta bilməsə də, biləcək. Ancaq buna vaxt lazımdır. İstəməzdik ki, qısa müddət işləyəndən sonra Azərbaycandan getsin. Bunun üçün o, Azərbaycan futboluna peşəkarlığını sübut edəcək şəkildə işləməlidir.
Onun türk və ya italyan olması fərq etməz. Futbol səhv etməyə imkan verməyən bir oyundur. Azərbaycanda işləmək həm də o səbəbdən çətindir ki, futbolçu çatışmazlığı var. Bəli, gənc oyunçular var, amma hər məşqçi onlara əsas komandada yer etibar edərmi? Milli futbolçuların əksəriyyətinin yaşı 30-dan yuxarıdı. Onları əvəzləyə biləcək futbolçular tapmaq lazımdı. Rəngarəng futbolla yanaşı, xal qazanmaq da gərəkdi. Həm məşqçilər, həm futbolçular, həm də azarkeşlər inamlı olmaları üçün qələbələrə ehtiyac duyurlar. Bütün bunlar kompleks şəkildə baş verməlidi".

 

Mircavadov detallara belə varıb: "İtaliya futboluna gəlincə, hər məşqçinin öz baxışları, öz fikri, öz futbol fəlsəfəsi var. Həmin Fabio Kapellonu götürək. İngiltərə milli komandası ilə bir futbol oynadı, Rusiya yığması ilə tamam başqa. Bəli, Rusiyanı mundiala çıxardı, amma orada uğur qazana bilmədi. Bilirsiniz, 20 il əvvəl məşqçi məktəblərindəki fərq daha çox nəzərə çarpırdı. İspan mütəxəssislər hücum etməyi sevirdilər, italyanlar müdafiədən oynayırdılar. İndi vəziyyət dəyişib. Hər məşqçidən nəticə tələb olunur və o da öz növbəsində bu tələblər əsasında hərəkət edir. Türk məktəbinə gəlincə, onların əsas kursu Almaniyaya yönəlib. Tarixə baxsanız, almanların özləri ruslardan dərs alıblar".
 

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL