TOP 10

Azərbaycan cüdoçuları Almaniyadan 4 medalla qayıdır

Cüdo
Tarix: 2020-02-24 09:00

Cüdo üzrə Azərbaycan milli komandası Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" beynəlxalq turnurində aktivinə daha üç medal yazdırıb. Sport24.az xəbər verir ki, Elmar Qasımov (-100 kq) və İrina Kindzerska (+78 kq) gümüş, Zelim Kotsoyev (-100 kq) isə bürünc medala sahib olub.


Beləliklə Azərbaycan cüdoçuları Almaniya yarışını 4 medalla başa vurublar.


Xatırladaq ki, "Böyük Dəbilqə"nin ikinci günündə Rüstəm Orucov (-73 kq) bürünc medala layiq görülüb.


Millimiz medalların əyarına görə 115 ölkə arasında ümumi komanda hesabında 6-cı, qadınların yarışında 5-ci, kişilər arasında isə 4-cü yeri tutub. Düsseldorf turnirində 659 cüdoçu (392 kişi, 267 qadın) mübarizə aparıb.

CBCsport
11 Iyul 2020
10 Iyul 2020
B.eÇ.aÇC.aCŞB