TOP 10

Zubir meydanda məcburiyyətdən qaldığını açıqladı: "Kimisə alçaltmaq niyyətim olmayıb"

Futbol
Tarix: 2020-02-23 22:11

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Premyer Liqanın XVII  turunda evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edən oyundan sonra müsahibə verib. Sport24.az xəbər verir ki, fransalı yarımmüdafiəçi öncə qələbəni şərh edib:

 

- Əvvəlki oyunlarla müqayisədə, qarşılaşmaya adət etdiyimiz kimi başlamadıq. Tədricən oyunumuzu nümayiş etdirməyə başladıq. İkinci hissə daha maraqlı oldu. Çoxlu qol vəziyyəti yaratdıq. İstənilən halda, bizim üçün çətin keçdi.

 

- İkinci hissədə real qol epizodu qaçırtdın. Bunu nəylə əlaqələndirərdin?

- Futboldur, bəzən hər epizodu dəyərləndirmək olmur. Məsələn, ötən tur “Zirə”yə qarşı matçda demək olar, bütün epizodlardan maksimum istifadə etdik. Ancaq bu dəfə yalnız birindən yararlandıq. Üzərimizdə çox işləməliyik ki, gələn oyunlarda qol şanslarını əldən verməyək.

 

- Tez-tez yerdə qalırsan. Həqiqətən zədələnirsən, yoxsa adət etmisən?

- Xeyr, məndə elə xasiyyət yoxdur ki, vaxt uzadım. Bu dəfə zərbə çox güclü oldu. Hətta oyunu davam etdirmək gücündə deyildim. Məcburiyyətdən meydana girdim. 10 nəfərlə qalmışdıq, amma dəhşətli ağrılar keçirirdim.

 

- Çox epizodda çalışırsan ki, rəqibi aldadıb qol vurasan. Bu, özünəinamda irəli gəlir, yoxsa rəqibi saymırsan?

- Qətiyyən! Kimisə alçaltmaq niyyətim olmayıb. Uşaqlıqdan alışdığım oyun tərzimdi. Qalib gəlsək də, uduzsaq da, həmişə belə oynamışam. Hamıya hörmətlə yanaşıram.

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
05 Aprel 2020
04 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL