TOP 10

Bəhlul Mustafazadə nəticə qazanmağa başlamalarının əsas səbəbini göstərdi: "Şeydayevin komandamıza gəlişi üstünlükdü və buna sevinirəm, xaricdə qalsaydı..."

Futbol
Tarix: 2020-02-23 19:34

"Sabah"ın futbolçusu Bəhlul Mustafazdə Premyer Liqanın XVIII turunda "Səbail"lə evdə qolsuz bərabərliyə qaldəqları matçdan sonra müsahibə verib. Sport24.az-ın əməkdaşının da sualları cavablandıran millimizin müdafiəçisi əvəvlcə görüş haqda düşüncələrini bölüşüb.

 

- İlk dəqiqələrdə azlıqda qalmaq işimizi çətinləşdirdi. Düşünürəm ki, matçı 11 nəfərlə davam etsəydik, qələbə qazanmaq şansımız çox idi. Fikrimcə, nəticə ədalətli oldu. Bizim də epizodlarımız oldu, amma yekunda ədalətli hesab qeydə alındı.

 

- Yevgeni Koçukun qırmızı vərəqə alması doğru qərar idi?

- Həmin epizodu görmədim. Lakin komanda yoldaşlarım hakimin haqlı olduğunu söylədi.

 

- Komandanız qış fasiləsindən sonra yüksəlişdədi. Bunun səbəbi nədə görürsən?

- Bşa məşqçinin istədiklərini artıq daha yaxşı anlayırıq. İlk vaxtlar çətin olurdu. Bir neçə məşqçi dəyişmişdik. Təlim-məşq toplanışı keçdik və zamanla Jelko Sopiçin istədiklərini qavradıq. Bunu reallaşdırdıqca nəticə də gəldi.

 

- Millidəki komanda yoldaşın Ramil Şeydayevin Avropadan “Sabah”a gəlməsinə üzülürsən, yoxsa sevinirsən?

- Ramilin komandamıza gəlməsi üstünlükdür və buna sevinirəm. Onun əxsi karyerasından danışmaq çətindir. Əlbəttə, xaricdə qalsaydı, özü üçün daha yaxşı olardı. Çünki xaricdə daha çox inkişaf etmək mümkündü. Şeydayev çalışqandır və öz üzərində işləyir. Düşünürəm ki, istədiyi hədəflərə doğru gedə biləcək. 

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL