TOP 10

Rahid Əmirquliyev "Səbail"ın qış fasiləsindən sonra uğurlu çıxışının səbəbini bilmir: "Millidə yerli məşqçilərə etimad göstərməyin vaxtıdı"

Futbol
Tarix: 2020-02-23 19:15

Premyer Liqanın XVIII turunda səfərdə "Sabah"la 0:0 hesablı heç-heçədən sonra "Səbail"in kaptanı Rahid Əmirquliyev brifinq keçirib. Sport24-ın əməkdaşının da suallarını cavablandıran 31 yaşlı yarımmüdafiəçi əvvəlcə nəticəni şərh edib:

 

- Rəqib matçın əvvəlində rəqib azlıqda qaldı. Xeyli qol epizodu oldu. "Sabah" öz qapısına çəkilmişdi ki, bu da normal haldır. Qol imkanlarımızdan istifadə etməli idik. Məncə, qələbəyə layiq idik. 

 

- “Sabah”ın futbolçuları qırmızı vərəqənin olmayacağı halda, “Səbail”i udacaqlarını deyirdi...

- Bunu bilmək olmaz. 11 nəfərlə davam etsəydilər, kim bilir, qalib gələn biz də ola bilərdik. Onlar da müdafiə çəkilməyəcəklərdi. Açıq futbol olacaqdı və fürsətlərimiz yaranacaqdı.

 

- “Səbail” qış fasiləsindən sonra daha yaxşı çıxış edir. Maraqlıdı, komandada nə dəyişdi?

- Bəziləri getdi, yenilər gəldi. Deməzdim ki, mövsümün ilk yarısında pis oynayırdıq. Elə qarşılaşmalarımız var idi ki, yaxşı idik, amma qələbə qazanmırdıq. Fasilədən sonra qələbələr, oyunumuzda irəliləyiş oldu. Bunun nə ilə əlaqəli olduğunu bilmirəm.

 

- Ramil Şeydayev qışda Azərbaycana qayıtdı. Sabiq komanda yoldaşın “Sabah”da debüt etdi. Onun addımını necə qiymətləndirirsən?

- Şeydayevin bura gəlməsinin səbəbini bilmirəm. Yəqin ki, yaxşı variantı olmayıb və 4-5 ay formada qalıb, başqa kluba keçmək üçün bura gəlib. Burda oynayacaqsa, onun üçün üstünlükdür. Doğru qərar verib-vermədiyi barədə nəsə deyə bilmərəm.

 

- Millinin baş məşqçi postuna yerli namizəd yoxdur. Tanınmış sima olaraq yığmada yerli, yoxsa əcnəbi baş məşqçi istəyirsən?

- Məncə, yerli məşqçilərə etimad göstərilsə, yaxşı olar. Ancaq qərarı AFFA verir və buna qarışa bilmərəm. Şəxsi mövqeyim budur ki, yerli məşqçilərə etimad göstərməyin vaxtıdır.

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL