TOP 10

Sopiç 1 xala razı qaldı, Şeydayevə qiymət verdi, Koçuka iradını açıqlamadı: "Dəli kimi topun arxasınca qaçmalı olurduq"

Futbol
Tarix: 2020-02-23 18:26

Azərbaycan Premyer Liqasında XVI turun “Sabah” – “Səbail” (0:0)  oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Jelko Sopiç jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib. 

 

- Sonda qazanılan 1 xala görə məmnunuq. Bəzən istəmədiyin halda dəyişikliklər etməli olursan. Uşaqlar sona qədər döyüşdülər və 1 xal əldə etdik.


- Cavid İmamverdiyev, Təmkin Xəlilzadə, Coşqun Diniyev, Rəşad Eyubov millinin üzvləridi, ancaq sizdə ehtiyatda qalırlar. Bunun səbəbi nədi?
- Komandamda ən hazır olanlar meydana çıxır. Bu gün Təmkinin ehtiyatda olmasının səbəbini özü daha yaxşı bilir.


-  Marko Deviç və Ulis Diallo niyə oynamır?
-  Marko zədəlidi, ona görə oynaya bilmir. “Qarabağ”la oyuna kimi hazır olacağına inanıram. Ulisə gəlincə, ondan daha yaxşı oyunçularımız var.


- Ramil Şeydayevin hazırkı durumu necədi?
- Çox yaxşı məşq edir. Amma başa düşməliyik ki, onunçün hər şey o qədər də asan deyil. Ramil yalnız fərdi məşq edir. İnanıram ki, bizimlə bir müddət olduqdan sonra zədəsiz şəkildə oynaya biləcək.


- Qırmızı vərəqə olmasa, nəticə lehinizə olacaqdımı?
- Bunu dəqiqliklə deyə bilmərik. Bu gün bizim üçün ağır oyun oldu. 75 dəqiqə azlıqda oynamaq çətin idi. Çünki dəli kimi topun arxasınca qaçmalı olurduq. Son 20-25 dəqiqədə yaxşı oynadıq. Bəxt bir qədər yanımızda olsaydı, qol da vura bilərdik.


- Son 3 oyunda 7 xal qazanmısız. Bunu davam etdirmək çətin olmaz?
- Növbəti tur Azərbaycanın ən yaxşı komandası “Qarabağ”a qarşı oynayacağıq. Bu tendensiyanı davam etdirməyə və xal qazanmağa çalışacağıq.


- Qırmızı vərəqə olmasaydı, Ramilə daha çox şans verməyi düşünmürdüz, yoxsa bu qədər kifayətdi?
- Bəlkə də, ona yarım saat şans verə bilərdik. Risk etmək istəmirik onunla bağlı. İstəmirik ki, hazırlıqsız oynayıb zədə alsın. İnanıram ki, qısa müddətdə daha hazır olacaq. O məşqlərdə çox çalışır.


- Bu gün komandanı pis vəziyyətdə qoyan Yevgeni Koçuku cəzalandıracaqsız?
- Onunla fikirlərimi özünə bildirdim. İctimaiyyətə açıqlamaq istəmirəm. Lazımsız qırmızı vərəqə idi.
 

CBCsport
05 Aprel 2020
04 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL