TOP 10

Hacıyev nəticəni ədalətli saydı, "Sabah"ı təbrik etdi: "Bu, bizi məyus etdi və əsəblərimizi tarıma çəkdi"

Futbol
Tarix: 2020-02-23 18:20

Azərbaycan Premyer Liqasında XVIII turun “Sabah” – “Səbail” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi...

 

- Hər iki komanda üçün ağır oyun oldu. Suni örtükdən təbiiyə keçəndə bizim üçün çətin olur. Rəqib də azlıqda qalmışdı. Hər iki qapı qarşısında qol epizodları oldu. Bilirdik ki, rəqib qapanan komandadı. Bunu gözləyirdik. Qırmızı vərəqədən sonra planları dəyişmədi, sistemi dəyişdilər. Bizim üçün son nöqtəni qoymaq çətin oldu. Oyuna nəzarət əlimizdə idi. Hücum xətti üçün geniş seçimimiz yoxdu. Futbolçular çox əziyyət çəkdilər. Kifayət qədər təhlükəli epizodlar oldu. Rəqib isə əks-hücumlarda təhlükə yaradırdı. Son dəqiqələrdə hesab dəyişə bilərdi. Bu gün hər iki tərəf 1 xal qazandı. Rəqib oyunun sürətini olduqca aşağı salırdı. Son dəqiqələrdə bunu görəcəyimizi düşünürdük. Ancaq ilk dəqiqələrdən belə olmasıı, hakimin bunu hiss etməməsi bizi məyus etdi və əsəblərimizi tarıma çəkdi. “Sabah”ı təbrik etmək lazımdı.

 

- Rəqibin 1 xal qazandığını dediz. Ancaq ikinci hissəyə baxanda sizin 1 xal qazandığınızı düşünmək olar?
- Qol epizodlarını saysaq, bizdə də şanslar oldu. Vaxtında vursaydıq, son dəqiqələrdə buraxdığımız qol təsir etməyə də bilərdi. Ədalətli nəticə heç-heçə idi. Hücumu gücləndirmək imkanlarımız yoxdu. Komandaların transferlərinə baxanda fərq hiss olunur. Oyun planında komandadan narazı qala bilmərəm.

 

- Demək olarmı ki, oyununuzun kompakt olmamasının səbəbi meydan örtüyündəki fərqdi?
- Bu, böyük amildi. Qapanan komandaya qarşı sürətli paslar olmalı, cinahları tez-tez dəyişmək lazımdı. Sintetik meydanda sürət fərqli olur, təbiidə fərqli. Məşq və oyunları süni meydanda keçirik. Bu da amillərdən biridi. Ancaq tam səbəb bu deyil. Rəqib müdafiədə olduqca yaxşı oynadı.

 

- Rəqibin qırmızı vərəqə almasından sonra say üstünlüyünü mahiyyət üstünlüyünə çevirə bilməməyinizin səbəb nə idi?
- Plandan çıxmaq istəmədik. Rəqibin oyununda çox şey dəyişmədi. Bilirdik ki, əks-hücum futbolu oynayacaqlar. Bu gün də belə davam etdilər. Bizim yaxşı epizodlarımız oldu. Rəqib qapıçı da yaxşı oynadı. İlk hissədə qol vursaydıq, hesab fərqli ola bilərdi.

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL