TOP 10

“Könüllülər Kuboku” keçiriləcək

Futbol
Tarix: 2020-02-23 17:00

AFFA 2020-ci il “Könüllülər ili”nə həsr olunmuş futbol üzrə “Könüllülər Kuboku” təşkil edəcək. Sport24.az xəbər verir ki, AÇ-2020-nin Bakıda keçiriləcək 4 oyunu üçün seçilən 2020 könüllü arasında martın 7-dən start götürəcək futbol üzrə “Könüllülər Kuboku” AÇ-2020 çərçivəsində təşkil olunan maraqlı idman tədbirlərindən biri olacaq.


“Könüllülər Kuboku”nun keçirilməsində məqsəd həm Bakının ev sahibliyi edəcəyi AÇ-2020 oyunlarında iştirak edəcək könüllülər arasında sağlam həyat tərzini təbliğ etmək, həm də çempionat barədə onları ətraflı məlumatlandırmaqdır.


AÇ-2020-də könüllü olmaq şansını qazanan hər kəs https://euro2020.affa.az/az/volunteers-cup/ keçidinə daxil olub, fərdi şəkildə qeydiyyatdan keçməlidir. Qeydiyyat üçün son tarix 2 martdı.


Qeyd edək ki, Bakıda könüllülərin qeydiyyat mərhələsinə 2019-cu ilin iyun ayından etibarən start verilib. 5 ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçib və müraciət sayına görə Bakı şəhəri Avropa çempionatına ev sahibliyi edəcək 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdi.

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL