TOP 10

Ronaldo 1000-ə çatdı, İtaliya rekordunu təkrarladı

Dünya Futbolu
Tarix: 2020-02-23 14:30

“Yuventus” İtaliya A Seriyasının 25-ci turunda SPAL-ı məğlub edib. Sport24.az xəbər verir ki, 2:1 hesabıyla bitən görüş Turin təmsilçisinin hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. Belə ki, SPAL-la görüş 35 yaşlı futbolçunun peşəkar karyerasındakı 1000-ci matçı olub.


Ronaldo bu oyunlarda 725 qol vurub və 220 məhsuldar ötürmə edib. Portuqaliyalı hücumçu 5 dəfə də “qızıl top”u qazanıb.


Ronaldo karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” kimi klubların da formasını geyinib.


Ronaldo bu oyunda qol vurmaqla da yeni uğura imza atıb. Belə ki, Kriştiano artıq ardıcıl 11-ci oyunda qol vurur. Bu isə A Seriyasındakı əvvəlki rekordun təkrarıdı. Daha öncə bu uğura “Fiorentina”nın hücumçusu Qabriel Batistuta (1994/95) və “Sampdoriya”dan Fabio Kvalyarella (2018/19) imza atmışdı.


Portuqaliyalı futbolçu daha öncə 11 oyunluq qol seriyasını “Real”ın heyətində İspaniya La Liqasında və UEFA Çempionlar Liqasında da müəyyənləşdirmişdi.

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL