TOP 10

"Qəbələ"nin gənc kapitanı azarkeşləri qınamasından Beqoviçlə bağlı lovğalanmayadək: "Bircə qələbəyə ehtiyacımız var, hər şey tam dəyişə bilər"

Futbol
Tarix: 2020-02-23 11:00

"Qəbələ" Premyer Liqada son matçına itkilərlə, fərqli heyətlə, fərqli kapitanla çıxdı. Ancaq yekun nəticə eyni oldu - yenə məğlubiyyət. Komandanı "Neftçi"ylə ev matçına kapitan kimi çıxaran 23 yaşlı Qismət Alıyev matçdan sonra Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. 

 

- Komandanız bu matçda xüsusilə hücumda "dişsiz" göründü. Buraxdığınız erkən qollar oyununuza təsir göstərdi?

- Düşünmürdük ki, matçın əvvəlində hesabda artıq 0:2 geri düşəcəyik. Fikrimcə, oyunumuz istədiyimiz kimi alınmadı. 

 

- Bunun olmasına nə mane oldu?

- Ardıcıl iki qol buraxmağımız bəlkə də oyunun qırılma nöqtəsi idi.  

 

- Ancaq özünə gəlməyinizə çox vaxt vardı - əlaavə vaxtı da nəzərə alsaq 80 dəqiqə...

- Razıyam. Ancaq deyək ki 0:2-dən sonra oynadıq, nəsə bir etdik, yox, belə olmadı. Oyunumuz heç alınmadı. Biri var deyəsən oyunumuz alındı, qol epizodlarından istifadə edə bilmədik. Ancaq belə də olmadı.

 

- Əsas heyətdə gözlənilməz dəyişikliklər oldu, az oynayan, təcrübəsiz futbolçular ilk dəqiqələrdən yer almışdı. Səncə, bunların nəticəyə təsir oldumu?

- Futbolçularımızın hamısı daha əvvəl də şans qazanmışdı. Düşünmürəm ki, bəlkə onlara görə məğlub olduq. Əvvəl də fərqli heyətdəyik. Sadəcə, hesab edirəm ki, "qara zolaq"dayıq. 

 

- Bundan necə çıxa bilərsiniz?

- Bir qalibiyyətlə hər şey başqa cür ola bilər.

 

- Bunun üçünsə ilk növbədə qapınızı toxunulnaz saxlamalısınız. Qış fasiləsindən sonra isə hər matçda 2-3 qol buraxırsınız. Müdafiə xəttinin bir üzvü kimi bunun səbəbini nədə görürsünüz və qarşısını necə ala bilərsiniz?

- Xüsusi bir səbəb yoxdu. "Neftçi"ylə matçda bir qolu standart vəziyyətdən qol buraxdıq. birini də əks-hücumda. Məşqçilər oyunu analiz edərək səhvlərimizi bizə deyəcək, bunun üzərində işləyərək vəziyyəti düzəldəcəyik. Mövsümün ilk yarısında belə uğursuz vəziyyətdən necə çıxdığımızı, necə oynadığımızı özünüz də görmüşdünüz. Sadəcə, bircə qələbəyə ehtiyacımız var. Bundan sonra həminki tempi tutacağıq. 

 

- Bu dəfə ardıcıl 4 məğlubiyyətdi. Psixoloji planda özünüzə gələ biləcəksiniz?

- Əlbəttə. niyə də olmasın? Bunu bir dəfə artıq göstərmişik. Komandamız yenə istəkli ola bilər.

 

- Bu dəfə sol cinah müdafiəçisi oynadın, uzun müddət sağ cinah müdafiəçisi çıxış etmisən. Əslində isə karyerana dayaq yarımmüdafiəçi kimi başlamışdın...

- Bu mövqedə yenə oynayaram, ancaq əvvəlki tək yox. Artıq uzun müddətdi cinah müdafiəçisi kimi oynayıram. İstənilən halda, qərar baş məşqçiyə məxsusdu. Desə ki, burda oyna, əlimdən gələni etməyə çalışacam.

 

- İlk dəfə komandanı kapitan kimi meydana çıxardın. Bu, necə hissdi? Özünü bu yaşda kapitanlığa nə dərəcədə hazır sayırsan?

- Kapitan olan 3 təcrübəli futbolçumuz yox idi - əsas kapitanımız Anar Nəzirov, vitse-kapitanlar Rasim Ramaldanovla Asif Məmmədov. Baş məşqçi sarğını mənim daşımağımı düşündü. Burada qeyri-adi heç bir şey görmürəm. Avropada da futbolçular gənc yaşlarında kapitan kimi çıxırlar. Çalışıram ki, etimadı doğruldum.

 

- Onun sonunda baş məşqçinizin ünvanına istefa qışqıran azarkeşlərin yanına final fitindən sonra gedərək etirazını bildirən futbolçulardan biri sən oldu. Buna necə izah verərdin?

- Bundan qabaq "Səbail" uğusuzluq zolağında idi. Çempionatda 11 oyundan sonra qalib gəldi. Düşünmürəm ki, orda nəsə başqa bir şey oldu. Sadəcə, "qara zolaq"dayıq, bu dəqiqə dəstəkləri lazımdı. Komandamız Kubokda yarımfinaldadı, bu məşqçiylə ona nail olmuşuq. Kubokda iki qalibiyyətimiz finala çıxmaq deməkdi. Azarkeşlərin öz fikridi...

 

- Elmar Baxşıyev azarkeşlərin bu çağırışını haqlı saydı, çünki nəticə olmayanda "istefa" səslənir. Ancaq belə görünür ki, sən bir kapitan olaraq baş məşqçinizin müdafiəsinə qalxmağı vacib saydın...

- Başqa məşqçi də olsaydı, bu addımı atardım. Kubokda da kənar qalsaydı, çempionatda yenə məğlubiyyətlərimiz olsaydı, başqa məsələ. Bütün komandalarda belə uğursuzluq olur. Azarkeşlər çətin anda dəstək olsa, bu, daha yaxşı olardı. Bundan sonra dəstəklərini gətirmələri vacibdi. Kubok oyunlarımız gəlir, finala çıxmaq şansımız var. Bu heyətlə də həmin məqsədimizə çata bilərik. Bunun üçün "Zirə"ylə qarşıdakı yarımfinal matçlarında uğurlu çıxış etməliyk. 

 

- Uzun illərdi əsas komandadasan. Ən yaxşı vaxtınızda da azarkeş sarıdan probleminiz olub, tribunaları doldura bilməmisiniz. Buna nə səbəb görürsən?

- Heç vaxt belə şey olmayıb ki, azarkeş desin, biz komandadan incimişik, oyuna gəlmirik. Bakıda matçlarımıza da gəlirlər. Azarkeşlərin sadəcə, futbola öz sevgisidi, nə deyə bilərəm...

 

- Tanınmış qapıçı Asmir Beqoviç "Qarabağ"dan qış fasiləsində "Milan"a keçdi. Ona qol vuran ilk azərbaycanlı futbolçu sən oldun. Bu fakt sənə gələcəkdə lovğalanmağa bir əsas verəcək?

- Açığı, onun "Milan"a keçdiyini sonra bildim. Elə bilirdim ki, köhnə komandasına ("Bornsmut"a) qayıdıb, sonradan xəbərim oldu. Bundan əvvəl Antalyada bir həmkarınızın ("CBC Sport"lu Elnur Məmmədli nəzərdə tutulur-müəllif.) dedyiniz məqamla bağlı paylaşımı olmuşdu (gülür) Bəlkə o hissiyyat futbolu qurtarandan sonra olar, ya da olmaz. Bunu zaman göstərəcək. 

 

undefined

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL