TOP 10

“Qarabağ” “Sumqayıt”ı məğlub yola saldı

Futbol
Tarix: 2020-02-23 19:54

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.


Öncə qeyri-sabit mövsüm keçirən iki komanda - “Sabah” və “Səbail” üz-üzə gəlib. Meydan sahiblərinin 15-ci dəqiqədən etibarən azlıqda oynamasına baxmayaraq, bu oyunda qapılara qol vurulmayıb. 


Turun qapanış matçında isə lider “Qarabağ” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Ağdam təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb.


Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” evdə “Neftçi”yə 0:2 hesabıyla uduzubsa, “Keşlə” “Zirə”yə 4:0 qalib gəlib.


Azərbaycan Premyer Liqası
18-ci tur

23 fevral


“Sabah” – “Səbail” - 0:0
Qırmızı vərəqə: Y.Koçuk, 15 (birbaşa)
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov.
Masazır. “Bank Respublika Arena”, 16:00.

 

Sabah: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 27. Məqsəd İsayev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 30. Mario Marina, 20. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqes, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov.
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 10. Cavid İmamverdiyev, 6. Vadim Abdullayev, 19. Təmkin Xəlilzadə, 32. Rəşad Eyyubov, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 99. Ramil Şeydayev, 23. Amadu Diallo, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov.
Baş məşqçi: Jelko Sopiç.
Səbail: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 10. Maykl Esyen, 21. Eriko da Silva, 27. Hendrik Ekşteyn, 19. Ruslan Hacıyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 29. Şahin Zəkiyev, 88. Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 8. Lema Mabidi, 30. Murad Qayalı, 77. Ədilxan Qarəhmədov, 97. Bahadur Həziyev, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.


“Qarabağ” – “Sumqayıt” 1:0
Qol: M.Emreli, 49.
Qırmızı vərəqə: M.Emreli, 90+2.
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00.

 

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 8. Markos Madera, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 71. Toral Bayramov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 27. Kvabena Ovusu, 21. Hacıağa Hacılı, 18. İsmayıl İbrahimli, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 2. Rail Məlikov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL