TOP 10

Bundesliqada yeni rekordçu

Dünya Futbolu
Tarix: 2020-02-23 11:22

Futbol üzrə Almaniya Bundesliqasının 23-cü turu çərçivəsində keçirilən “Verder” - “Borussiya” (Dortmund) oyunu qonaqların hücumçusu Erlinq Haland üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, gənc hücumçu bu oyunda da fərqlənməklə, “Borussiya”da vurduğu qolların sayını 9-a çatdırıb.


İsveçli hücumçu bununla Bundesliqada yeni rekord müəyyənləşdirib. Belə ki, o, Almaniya çempionatında keçirdiyi ilk altı oyunda azı 9 qol vurmağı bacaran ilk futbolçuya çevrilib. Haland “Borussiya”ya qış fasiləsində qoşulub və yanvardan bəri yeni komandasında demək olar ki, meydana çıxdığı hər oyunda qol vurur.


Qeyd edək ki, “Verder” - “Borussiya” matçı qonaqların 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL