TOP 10

"İrəvan"dan "ok" ala bilməyən futbolçu: "1 manat verməyiblər, məndən başqa komandaya keçidə görə pul istəyirlər"

Futbol
Tarix: 2020-02-24 13:00

Turan Babayev. Bu ad futbolsevərlərimizə heç nə demir. Hər halda, Premyer Liqamızda debüt belə etməyib bu gənc futbolçu. Ancaq 22 yaşlı bu cinah yarımmüdafiəçisi vaxtilə "Zirə"də, "Səbail"də, "Rəvan"da əvəzedicilərdə çıxış edib. Hətta sonuncularda əsas komandayla da məşq edib, sadəcə, oyuna çıxmayıb. "Neftçi"nin yeni baş məşqçisi Füzuli Məmmədovun rəhbərlyi altında "Rəvan"ın U-19 komandasında çıxış edib. UEFA Gənclər Liqasında ilk təmsilçisimiz olan "Rəvan"la bu turnirin həyəcanını yaşayıb, Moskva "Spartak"ından olan həmyaşıdlarıyla rəsmi görüşlərin iştirakçısı olub.

 

İndisə Turan Region Liqasının iştirakçısıdı. Daha doğrusu, cari mövsümə "İrəvan"da başlayıb, qış fasiləsində "Qusar"a keçmək istəsə də, hələ buna nail ola bilməyib. Səbəbini özündən soruşduqda qalmaqallı vəziyyətin ortaya çıxdığı məlum oldu. Babayevi dinləyək: "Oktyabrda dostum "İrəvan"da keçməyi təklif etdi. Dedi ki, maaş-filan yaxşı olacaq. Həmin vaxt klubsuz idim və həvəskar liqada oynamağa razılıq verdim. "İrəvan"da 1 ay ərzində hər gün məşqdə olmuşam, 4 rəsmi oyun keçirmişəm. Ancaq 1 manat da olsun pul almamışam. Komandada sponsorlarla bağlı problem olduğu deyildi. Mən də dedim ki, o yaşım deyil pulsuz gəlim məşq edim, oynayım. Pul qazanmalıyam, evin dolanışığına kömək etməliyəm, cibimdə ən azı yol xərcim olmalıdı. Bunu Zahid müəllimə yazdım. O, bizdə həm məşqçi idi, həm də vitse-prezident gedirdi. Mənə cavabı gəldi ki, haqqını halal elə, mən də "halal olsun" dedim. Məndə bu yazışmanın "screenshot"u qalıb. Bunu diqqətimə çatdırdı ki, nə vaxt "ok" lazımdı, verəcəyik. "Qusar"ın rəhbəri olan Kamil Məmmədovu MFL-də komandası olandan tanıyıram. Dostum "Qusar"a gəlməyi təklif etdi və problem görmədim. Onsuz da qıraqda qalmışam, qərara aldım ki, gedim, oynayım. Məşqə gəldim, bəyəndilər, dedilər əvvəlki komandandan "ok" al, bizdə oyna. Zahid müəlimə yazmaq istəyirəm, nömrəmi telefonunda "blok" edib. Buna görə yaza bilmədim. Məcbur olub evdəkilərin telefon nömrəsiylə yazdım ki, vəzyyət belədi. Mənə dedi ki, Kamilə denən, məni yığsın. Nömrəsini necə edibsə, birtərəflidi, ona zəng getmir, yalnız özü yığa bilir. Bugünlərdə "İrəvan" rəhbərliyindən kimsə Kamil müəllimə bildirib ki, mənə görə pul xərcləyiblər, gətirsinlər bizə pul versinlər, "ok" verək. Həvəskar liqadı, belə şey olar? İki-üç həftədi "ok" məsələsi qalıb, verilmir. Razılıq alınmır ki, gedim "Qusar"da oynayım".

 

AFFA rəsmisi, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli saytımıza bildirib ki, futbolçu mövsümdə bir klub üçün sifariş olunubsa, onun razılığı olmadan başqasına keçə bilməz. Təbii ki, bu məsələdə "İrəvan"ın mövqeyini bilmək vacibdi. Ancaq Babayevin dediyi həmin şəxsin - Zahid Niyazəliyevin mobil telefonuna zəng çatmadı. 

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL