TOP 10

Nəbiyev millinin baş məşqçisi kimi yaxşı nəticə əldə edəcəyinə inanır: "Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda istedadlı futbolçu yoxdu, sadəcə..."

Futbol
Tarix: 2020-02-21 20:00

"Beş aya yaxındı serbiyalı mütəxəssis Miloş Velebitlə birgə fəaliyyətdəyik. Onun başçılığı altında Bakı və Sumqayıtda elit-layihəni davam etdiririk. Bu, 2005, 2006, 2007, 2008-ci il təvəlllüdlülərə aiddi. Namizədliymi Verbilitlə AFFA Məşqçilər Komitəsi müzakirə edib, əsas fikir onların olub. Federasiya rəhbərliyi ilə oturub götür-qoy edəndən sonra təyinatım rəsmiləşib. Sağ olsun AFFA rəhbərliyi, bunu reallaşdırıb, mənə etimad göstərib". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycanın U-16 yığmasının yeni baş məşqçisi Aqil Nəbiyev bildiirib.

 

Bu gün təyinatı reallaşan gənc mütəxəssis daha öncə klubda - I Divizion təmsilçisi "Şüvəlan"da baş məşqçi kimi çalışsa da, yığma təcrübəsi yoxdu. Nəbiyev ona tanış olan futbolçularla çalışmasını üstünlük sayır: "Artıq 5 aydı bu yaş qrupunda uşaqlarla çalışırıq. Hətta daha kiçik - 12-15 yaşlılarla da işləmişik. Bakıyla Sumqayıtdakı oyunları izləyərək ən yaxşı keyfiyyətlərə malik futbolçuları dəvət edirdik və Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında həftədə 2 dəfə onlarla işləyirdik. Təbii ki, uşaqlarla işləməyin ayrı bir məsuliyyəti var. 16 yaş elə bir yaşdır ki, keçid dövrləridi, çətinlik var. Amma bir məşqçi olaraq boynumuza düşən bu çətinliyin öhdəsindən gəlməkdi. Təbii ki, milli ayrıdı, klub ayrı. Millidə işləmək ayrı bir məsuliyyətdi, şərəfdi. Futbolçu kimi bu şərəfə nail olmuşdum. Allah şükür ki, bu gün məşqçi kimi də bu şərəfə nail oldum. Futbol ictimaiyyətində hər bir nəfərin arzusudur ki, millidə oynasın, millidə işləsin. İnşallah, bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyimizə, etimadı doğruldacağımıza inanıram". 

 

Nəbiyev köməkçiləri haqda hələ danışmağın tez olduğunu söyləyib: "Təyinatım qısa zamanda, bir neçə saat bundan qabaq reallaşdı. Buna görə də hələ ki köməkçi məsələsi ilə bağlı söhbət olmayıb. Yəqin, yaxın günlərdə rəhbərliiklə oturub bunu müzakirə edəcəyik. Hələ ki  köməkçilərin sayını da danışmamışıq. Təbii ki, namizəd olaraq gözaltılarım var, sadəcə, zamanı gözləməyi daha məqsədəuyğun sayıram".

 

38 yaşlı baş məşqçi U-16 yığmasının rəsmi oyunlar olmamasına baxmayaraq, motivasiyaların aşağı düşməyəcəyini hesab edir, eyni zamanda, beynəlxalq yoldaşlıq görüşlərin keçirilməsini vacib sayır: "Bildiyiniz kimi, U-16 Velebitin rəhbərliyi altında Bakıda bir neçə dəfə toplanış edib. Onda mən də iştirak etmişdim. Təbii ki, bu il də bir neçə dəfə toplanış olacaq. Sadəcə, təyinatım yeni reallaşdığı üçün detallara hələ tam girməmişik. Yaxın günlərdəki görüşdə bunu da danışacağıq. Bir ildən artıq vaxtımız var ki, uşaqları maksimum dərəcədə inkişaf etdirək, həmin rəsmi oyunlara hazırlayaq. Həmin vaxtın mənim də U-17-nin baş məşqçi olacağımı deyə bilmərəm. Buna aşağı yaş qruplardan yığmaların koordinatoru, Məşqçilər Komitəsi və AFFA rəhbərliyi birgə verəcək. Bu komandayla işimi davam edəcəyik, zamanı gələndə qərar necə olacaqsa, buna hörmətlə yanaşacağıq. Təbii ki, əsas işimiz növbəti il U-17-ə futbolçular hazırlamaq, həmin komandanın özəyini qurmaqdı. İnanmıram ki, rəsmi matç keçirməmək motivasiyaya mənfi təsir göstərsin. 2004-cü illlərdən fərqli  2005-ci il təvəllüdlülər xaricdə beynəlxalq oyunlar keçirməyib. Avropada oyunlar keçirməyi yaxın günlərdə müzakirə edəcəyik. Rəsmi görüşlərə hazır olmaları üçün bir neçə yoldaşlıq görüşündə oynamalıdırlar ki, həmin komandalarla ayaqlaşa bilək".

 

Nəbiyev işlədiyi yaş qruplarında yaxşı, perspektivli futbolçuların olduğunu çəkinmədən bəyan edir: "Bu gün heç kim deyə bilməz ki, Azərbaycanda istedadlı futbolçu yoxdu. Aşağı yaş qruplarından danışıram, təbii ki, istedadlar var. Sadəcə, məşqçilərin üzərinə düşən vəzifə onları maksimum inkişaf etdirmək, bunun üçün 100 faiz gücünü, biliyini ortaya qoymaqdı. İnanıram ki, bu yaş qrupundan yaxşı nəticə əldə etmək mümkün olacaq. Buna görə çox çalışmaq lazımdı. Hər bir insanın hədəfi var. Hər bir insan çalışır ki, ən yaxşı yerlərdə olsun. Məşqçiliyə başlayanda pul üçün çalışmamışam. Məşqçi olmaq hətta uşaqlıq arzum olub. Buna görə də işimi sevirəm, ona hörmət edirəm. Təbii ki, hamımız bir yerdə çalışmalıyıq. Təbii ki, U-16 tək mənim yox, bütün Azərbaycanın milli komandasıdı. Buna görə hər bir insan dəstək verməlidir ki, milli komanda maksmum yaxşı nəticə versin".

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL