TOP 10

Qış transferlərindən faydalılar: Bombardirlərdən biri intizamsız, biri penalti ustası, biri də 113 dəqiqəyə sözünü deyən

Futbol
Tarix: 2020-02-21 11:06

Qış transfer dövrü adətən uğurlu sayılmasa da, hər halda, klublarımız bu müddətdə heyətinə xeyli yeni futbolçu cəlb etdi. Artıq 3 tur arxada qalıb. Maraqlıdı, Premyer Liqa təmsilçilərimiz qış transferlərindən nə dərəcədə faydalanıblar?

 

"Qarabağ"da yeganə qış transferi olan Ovusu Kvabena hələ ki əsas heyətdə yer almayıb. Son 2 matçda sonradan meydana çıxan qanalı hücumçuya qol hesabını açmağı hələ bacarmayıb. Halbuki, ötən turda "Zirə"ni 6:0 hesabıyla məğlub etdikləri matçda az qala bütün futbolçular, hətta Kvabena gələndən sonra oynamaq şansı lap azalan Maqaye Qeye də fərqləndi. Bununla belə, Ovusu yaxşı fərdi oyun keyfiyyətləri ilə diqqət çəkir.

 

"Neftçi"də də yeganə qış transferi var - iranlı yarımmüdafiəçi Nəriman Cahan Saman. O, əsas heyətdə möhkəmlənib, məhsuldar ötürməylə də yadda qalıb. Nəriman bir oyun qurucusu kimi hazırda yeni komandasına çox faydalıdı. "Neftçi"də icarədən qayıdan futbolçu da var ki, bu, Mirabdulla Abbasovdu. Hücumçu ötən turda ilk dəfə meydana çıxmaqla zədədən - 3 aydan sonra ilk dəfə oynadı.

 

"Keşlə"də transferlər - özbəkistanlı yarımmüdafiəçi Şohruh Qadoyevlə anqolalı hücumçu Aleksandr Kristovao hələ ki xüsusi bir şeylə yadda qalmayıblar. Halbuki, qışda yoxlama matçlarında komandanın qollarına məhz onlar imza atmışdılar. Ancaq indi hələ ki əsas heyətdə möhkəmlənə də bilməyiblər. Kristovaoya son turda start heyətində şans verilsə də, "Neftçi"ylə vacib matçda özünü göstərə bilmədiyindən artıq fasilədə əvəzləndi.

 

Qış fasiləsində ən çox transfer edənlərdən biri "Zirə" oldu - 5. Bunlardan Ağabala Ramazanovu ən uğurlu qış transfer kimi qələmə vermək olardı. Hər halda, "Səbail"dən gələn bu sol cinah vingeri ilk 2 matçda meydanı qolsuz tərk etmədi. Di gəl ki, 2-ci matçında qol vurduqdan sonra meydanın mərkəzində yersiz hərəkətə yol verərək, rəqibini aşkar vuraraq birbaşa qırmızı vərəqə aldı. Ağabala heç olmasa onu nəzərə almalı idi ki, həmin vaxt İlkin Muradov meydandan çıxarıldığından "Zirə" 10 nəfərlə qalmışdı. Bundan sonra sonra qol buraxaraq hesabda 1:2 geri düşən "qartallar" 9 nəfərlə qalandan sonra da hesabı bərabərləşdirmək şansını tam əldən verdi. İki oyunluq cəza alan Ramazanov bu turda da komandasına kömək edə bilməyəcək. 

 

"Zirə"nin digər transferləri əcnəbilərdi. Onlardan serbiyalı keçmiş legioneri Yovan Krneta hələ də qayıdandan sonra oynamayıb. Digər mərkəz müdafiəçisi Ali Sisey səviyyəli legioner olsa da, "Qarabağ"a 0:6-da 90 dəqiqə iştirak etdiyini unutmaq olmaz. Moldovalı mərkəz yarımmüdafiəçisi George Anton əsas heyətda daim yer alsa da, xüsusi bir şeylə yadda qalmır və çox vaxt meydanda 90 dəqiqə saxlanılmır. Davit Volkovu "Zirə"də qış transferləri arasında ən yaxşı saymaq qolar. "Qəbələ"də cari mövsümdə ilk yarıdan sonra bombardir olan gürcü vinger yeni klubunda hələ qol hesabını açsa da, ümumilikdə faydası dəyir, Ağabalaya məhsuldar ötürmə verməklə yadda qalıb.

 

"Sabah"da artıq 5 transfer var. Sadəcə, millimizin hücumçusu Ramil Şeydayev yeni gələrək hələ debüt etmədiyindən, ona qiymət verə bilmərik. Komandaın xorvatiyalı baş məşqçisi Jelko Sopiçin Vətənindən gətirdiyi həmyerlisi Mario Marina bütün matçları əvəzolunmadan keçirən azsaylı qış transferlərindəndi. Döyüşkənliyi ilə seçilən, meydanda "qara iş"i görən mərkəz yarımmüdafiəçisi qol hesabını da açmağı imkan tapıb. Özü də uzaq məsafədən başla qolla imza atmaqla. Veteran hücumçu Marko Deviç "Sabah"a qayıdandan sonra fərqlənməyə imkan taparaq Sopiçin Premyer Liqamızda ilk qələbəsində pay sahibi olub. Moldovalı yarımmüdafiəçi Yevgeni Koçukla paraqvaylı hücumçu Xulio Sezar Rodriges "Sabah" üçün yeni futbolçular olsalar da, ölkəmizdə artıq bir müddətdi legioner həyatı yaşayırlar. Koçukun gəlişindən sonra komandanın orta sahəsində xeyli canlanma yaranıb. Millisinin üzvü olan Yevgeni qış fasiləsindən sonra vurduqları qollarda yaxından iştirak edib, məhsuldar ötürmələri olub. Xulio isə son turda qəhrəman oldu. Yox, o, bir mərkəz hücumçusu olaraq "Sabah"da qapı torunu hələ silkələməyib. Ancaq əvəzində hava mübarizələrində qalib olaraq başla ötürmələriylə gənc komanda yoldaşları - Şakir Seyidovla Ozan Can Kökçünün fərqlənməsinə və bununla da "Sabah"ın Sumqayıtdan qələbəylə qayıtmasına əsas səbəbkar oldu. 

 

Sopiçə lazım olmayan cənubi afrikalı legioner Hendrik Ekşteyn isə "Səbail"ə faydalı olur. Hər halda, əsas heyətdə meydana çıxdığı hər 2 matçda penaltidən də olsa qol vuraraq komandasına qələbə qazandırıb. Ancaq bu, o demək dyeil ki, Ekşteyn yanız 11 metrlik cərimə zərbələrindən yararlanmağı bacarmaqla yadda qalıb. Bütün hücumlarda fəal iştirak edən sürətli, bəstəboy Hendirkə "bapbalaca boyu var, dam dolusu toyu var" demək olar. Rauf Əliyev "Neftçi"dən fərqli "Səbail"də əsas heyət üzvü sayılır. Sadəcə, debüt matçında aldığı "sarı" vərəqə limitini aşdığına görə cəzalı duruma düşməsinə və bir oyun kənarda qalmasına gətirib çıxardı. Əvəzində Rauf qayıdışını qol hesabı açmaqla qeyd etdi. İranlı mərkəz müdafiəçisi Peyman Keşavarz uzun müddət yaşıl meydandan kənarda qalsa da, oyun praktikası sarıdan korluq çəkdiyi hiss olunmur. Sadəcə, son turda zədəli olduğundan meydana çıxa bilmədi bu legioner. U-21-in üzvü olan mərkzə müdafiəçisi Murad Qayalı isə "Keşlə"də olduğu kimi, "Səbail"də də ehtiyatda qalır.

 

"Qəbələ" bütün legioner transferlərini Antalyadan qayıdandan sonra reallaşdırdı. Onlardan toqolu yarımmüdafiəçi Yaovi Akakpo və ilə çilili hücumçu Rorioq Qattas hələ debüt etməyiblər. Əvəzində PSJ-nin yetirməsi olan yarımmüdafiəçi Abdelrafik Jerarla hücumçu Nikolas Raysel artıq iş başında görmüşük. Sonuncu Ramazanov və Ekşteyn kimi 2 qol vuraraq qışdan sonra bombardirdir. Sadəcə, Nikolas onlardan fərqli az - cəmi 113 dəqiqə oynamaqla buna nail olub. Debütündə penaltidən fərqlənən sloveniyalı sonradan baxımlı qola imza atıb. Rasyel ilk matçında simulyasiyayla penalti qazanmağa cəhv edərək sarı vərəqəylə cəazlanamaqla da yadda qalıb. "Qəbələ"nin yetirməsi olan Ehtiram Şahverdiyev doğma komandaya qayıdandan sonra öz sözünü deyə bilməyib. 

 

Sonda onu da bildirək ki,  Premyer Liqa təmsilçilərimizdən "Sumqayıt" qış fasiləsindən heyətinə yeni futbolçu qatmayan yeganə klub olub. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL