TOP 10

Mourinyo 4-cü oldu

Dünya Futbolu
Tarix: 2020-02-20 19:30

“Tottenhem” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Leyptsiq”ə uduzub. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, 0:1 hesabıyla bitən görüş London təmsilçisinin baş məşqçisi Joze Mourinyo üçün əlamətdar olub.
 

Belə ki, “Leyptsiq”lə matç portuqaliyalı mütəxəssisin Çempionlar Liqası tarixindəki 150-ci oyunu olub. Mourinyo bununla da ÇL tarixində ən çox oyun keçirən 4-cü baş məşqçi olub. Mourinyo 150 matçın 81-də qələbə qazanıb.


Çempionlar Liqası tarixində baş məşqçi kimi ən çox oyun keçirən “Mançester Yunayted”in sabiq çalışdırıcısı Aleks Ferqyusondur.


Mourinyo “Tottenhem”dən əvvəl “Portu”, “Çelsi”, “Real”, “İnter” və “Mançester Yunayted”lə ÇL-də iştirak edib.

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL