TOP 10

Region Liqasında gözlənilən və mümkün cəza, yayılan şayiələr: "Komandanın öhdəliyini sonadək yerinə yetirməklə bağlı problemi olarsa, növbəti mövsüm çempionata buraxılmır" 

Futbol
Tarix: 2020-02-20 12:20

"Quba "Şahdağ"ı "Uğur"la səfər oyununda müəyyən səbəblərə görə iştirak edə bilməyəcəyi haqda bizə məlumat vermişdi. Bu, rəsmi məktub səviyyəsində idi. Dedilər ki, heyəti hələ tam komplekləşdirə bilməyiblər. İndi onların məsələsinə baxılması AFFA-nın İntizam Komitəsinə təqdim olunacaq". Bu fikirləri Sport24.az-a açqılamasında AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqasının İşçi Qrupunun üzvü Yusif Vəliyev söyləyib. 

 

Məlumdur ki, Region Liqaısnda qış fasiləsindən sonra ilk turda "Uğur" - "Şahdağ" matçı baş tutmayıb. Buna da səbəb hələ qış fasiləsinədək maddi problemləri olan Quba təmsilçisinin Sumqayıtdakı qarşılaşmaya gəlməməsi olub. Vəliyevin sözlərinə görə, görüş təxirə salına bilməzdi. çünki bunun olması üçün konkret məsələlər var. "Bir komandanın istəyilə oyuna gəlməmək hər hansı səbəb deyil ki, matçı başqa vaxta keçirək. Hər iki komanda oyunun təxirə salınmasıyla bağlı tutarlı səbəb göstəribsə - ya meydança, ya digər səbəb - o zaman məsələyə İşçi Qrupu tərəfindən baxılıb müsbət cavab verilə bilər. Amma oyunun vaxtı təyin olunubsa, bir komanda sadəcə, həmin vaxt gələ bilmədiyini bildirirsə, bu zaman təxirəsalma olmur".

 

"Şahdağ"ın məsələsinə AFFA İntizam Komitəsinin növbəti həftədəki iclasında baxılacaq. Bu kimi hallarda adətən gəlməyən komandaya texniki məğlubiyyət verilir. Vəliyev bildirib ki, Region Liqasının Əsasnaməsinə görə bir komanda üç oyuna gəlməzsə, o zaman yarışda iştirakdan uzaqlaşdıırlır, yarıdan çox oyun keçirdiyi halda rəqiblərinə texniki məğlubiyyət verilir: "Ancaq hal-hazırda elə bir məsələ gündəmdə yoxdu. Quba təmsilçisiylə mütəmadi əlaqədəyik. Bu problemlər artıq komanda daxili məsələlərdi. AFFA tərəfindən lazım olan yardımlar göstərilmişdi - inventarlar və s. Çempionatdan qabaq da komandanın bütün matçlarda iştirakla bağlı üzərinə götürdüyü bir öhdəlik var. "Şahdağ" bundan sonra çempionatda iştirak məsələsiylə bağlı hər hansı qərar verməyib. Sadəcə, bir oyunla bağlı müraciət edib. Komandanın öhdəliyini sonadək yerinə yetirməklə bağlı problemi olarsa, təbii ki, növbəti mövsüm çempionata buraxılmır". 

 

"Facebook" sosial şəbəkəsində Region Liqasının iki təmsilçisi ilə də bağlı paylaşımlar diqqət çəkib. Bunlar ilk turda "Şamaxı"ya səfərdə 1:11 hesabıyla uduzan autsayder Saatlı "Araz"ının belə ağır məğlubiyyətlərə görə fəaliyyətini dayandırması, onun iştirak etdiyi Mərkəz zonasının lideri "Ağsu Siti"nin isə məşq və oyun keçirdiyi stadiona buraxılmaması ilə bağlıdı. Region Liqasına əsas məsul şəxslərdən biri olan həmsöhbətimiz buna da aydınlıq gətirib: "Həmin paylaşımlarla bağlı məlumatımız var. "Araz"la əlaqə saxladıq. Bildirdilər ki, hər hansı problem yoxdu. şayidədir yayılıb. Eyni zamanda "Ağsu Siti"ylə bağlı bizə hər hansı məlumat daxil olmayıb. Ağsulular mütəmadi olaraq oyunlarının vaxtlarını bildirirlər, hər şey qaydasındadı. Sadəcə, Ağsu şəhər stadionu təmirə bağlanıb. Ancaq bu komanda çıxışını başqa meydançada davam etdirəcək. Hazırda "Ağsu Siti" rəhbərliyi ilə bununla əlaqədar müzakirlərimiz gedir. Ağsu şəhərinin özündə digər bir stadion var. Bizə  bu haqda məlumat veriləndən, orda baxış keçiiəndən sonra qərar veriləcək".

 

Xatırladaq ki, ilk turda istirahət edən "Ağsu Siti" bu il birinci rəsmi matçını bu həftəsonu məhz "Araz"la səfərdə keçirəcək. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
05 Aprel 2020
04 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL