TOP 10

İtaliya klubunda şok itki - mövsümü erkən başa vurdu

Dünya Futbolu
Tarix: 2020-02-20 11:41

İtaliyanın “Cenoa” klubu ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisinin yarımmüdafiəçisi İvan Radovanoviç sıradan çıxıb.


O, İtaliya çempionatının 24-cü turu çərçivəsində “Bolonya”ya 3:0 hesabıyla qalib gəldikləri oyunda zədələnmişdi.


Oyundan sonrakı müayinələr zamanı serbiyalı futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb. Diz çarpaz bağlarında yırtıq aşkarlanan 31 yaşlı oyunçu artıq əməliyyat olunub.


Klubun rəsmi saytının yaydığı məlumata görə, Radovanoviç üçün artıq bu mövsüm bitmiş hesab olunur. Onun ən yaxşı halda yay təlim-məşq toplanışı dönəmində sıraya dönməsi ehtimal olunur.

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL