TOP 10

"Sabah"ın debütantında heç bir həyəcan olmayıb: "Mənim üçün sevindirici haldır ki, ilk oyunumda komandaya faydalı ola bildim və 3 xal qazandıq"

Futbol
Tarix: 2020-02-20 17:00

"Sabah"ın futbolçusu Arsen Ağcabəyov "Sumqayıt"la son turun oyununda Azərbaycan Premyer Liqasında debüt edib. Gənc müdafiəçi Sport24.az-a açıqlamasında həyəcanın olmadığını gizlətməyib: "Bəli, birinci oyunum idi. Bu oyuna özümü hazırlamışdım və özümə inanırdım. Buna görə də heç bir həyəcan yox idi".

 

Arsenin ilk oyununda komandası çətin səfərdən 3 xalla dönüb - 2:1. 20 yaşlı futbolçu çətin matç alındığını bildirib: "Mənim üçün sevindirici haldır ki, ilk oyunumda komandama faydalı ola bildim və 3 xal qazandıq. Bütün oyunlarda olduğu kimi, qarşıdakı turda "Səbail"lə ev matçı da asan keçməyəcək. Hər iki komandanın ardıcıl qələbələri var. Allah nəsib etsə, bu oyundan da yaxşı nəticə ilə çıxarıq.

 

Ağcabətov U-21 millisinin toplanışına da dəvət alıb: "Şükür Allaha ki, orada da hər şey qaydasında oldu. Çalışacağam ki, öz oyunumla milliyə layiq olduğumu sübut edim". 

CBCsport
14 Iyul 2020
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB