TOP 10

Abbasov üçün əzmkar qələbə xüsusilə sevindiricidi: "Belədə qalibiyyətin dadı daha şirin olur"

Futbol
Tarix: 2020-02-20 10:00

"Səbail" uzun müddət olduğu uğursuzluq zolağından çıxaraq ardıcıl 2-ci qələbəni qazandı. Son turda "Qəbələ" üzərində 3:1 hesablı əzmkar qələbəsi qeydə alındı. "ASCO Arena"dakı matçda komandasının ilk qolunu vuraraq hesabı bərabərləşdirən Mirsahib Abbasov Sport24.az-ın suallarını cavablandırıb.

 

- "Qəbələ" ilə görüşdə hesabda geri düşsəniz də, sonda 3 xal qazanmağı bacardınız. Oyun sizin üçün necə keçdi?

- Çox çətin oyun oldu. Hesabda geri düşməyimizə baxmayaraq, sonradan irəli çıxmaq çox sevindirici haldır. Belədə qələbənin dadı daha şirin olur.

 

- Hesabı bərabərləşdirməklə komandanın qələbəsində pay sahibi oldun. Öz çıxışın haqda nə deyə bilərsən?

- Öz oyunumu qiymətləndirməyi sevmirəm. Təbii ki, qol vurub komandama faydalı olduğuma görə sevinirəm.

 

- 2 oyunluq qələbə seriyasını növbəti tur "Sabah"la oyunda da davam etdirə biləcəksiniz?

- Səfərdə "Sabah"a qarşı oyun çətin olacaq. Bu qarşılaşmaya ciddi hazırlaşmalıyıq.

 

- Nəzərə alsaq ki, çempionatda 8 komanda var və 3-cü yerlə cəmi 8 xal fərqiniz var. Bu fərqi aradan qaldırıb, ötənilki uğuru təkrarlamaq mümkün olacaq?

- Turnir cədvəlinə baxsaq, keçənilki uğurumuzu təkrarlayıb, avrokuboklara vəsiqə qazanmaq şansımız var. Buna baxmayaraq, çempionatın sonuna hələ çox var. İndi daha çox oyunumuzu yaxşılaşdırmağı düşünməliyik.

 

 

 

 

FƏRƏC ASLANOV

CBCsport
05 Aprel 2020
04 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL