TOP 10

Emil Balayev Norveçin vitse-çempionunun düşərgəsinə yollanır

Futbol
Tarix: 2020-02-19 18:07

Emil Balayev çantalarını yığır. Sport24.az-ın əldə etdiyi məlumata görə, Norveçin "Bodo Qlimt" klubu Azərbaycan millisinin qapıçısının xidmətində maraqlıdı.
 

Artıq klub 26 yaşlı qapıçıya rəsmi məktub göndərib. Balayevin bu həftəsonu Norveçə yollanacağı gözlənilir. Emilin gəlişindən sonra tərəflər müqavilənin detallarını danışacaq və ortaq məxrəcə gəlsələr, rəsmi müqavilə imzalanacaq.

 

Norveçdə çempionat yaz-payız sistemi ilə keçirilir. "Bodo Qlimt" 2019-cu il Norveç çempionatının gümüş mükafatçısıdır. Komanda çempionluq uğrunda mübarizədə məşhur "Rusenborq"u qabaqlayaraq "Molde"dən geri qalıb.

 

Bodo klubu 16 illik fasilədən sonra Avropa yarışlarında çıxış edəcək. Komanda sonuncu dəfə 2004/05 mövsümündə UEFA Kubokunda çıxış edib. Bu turnirin adı Avropa Liqasına dəyişdiriləndən sonra "Bodo Qlimt" ilk dəfə onun iştirakçısı olacaq.

 

Norveçdə yeni - 2020-ci il mövsümü bu ilin aprelin əvvəlində açılacaq. Balayevin potensial klubu ilk turda aprelin 5-də evdə "Myondalen"lə görüşəcək. 
 

 

 

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL