TOP 10

“Everton”un futbolçusu 4 ay sonra sıraya döndü

Dünya Futbolu
Tarix: 2020-02-19 18:00

İngiltərənin “Everton” klubun uzun müddətdir zədəli olan futbolçusu Andre Qomeş zədəsini sağaldıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, keçən ilin noyabrında zədələnən və əməliyyat olunan yarımmüdafiəçi, yaşıl meydanlara qayıtmağa hazırlaşır.

Komandanın baş məşqçisi Karlo Ançelotti portuqliyalı futbolçunun Premyer Liqanın növbəti turunda keçiriləcək “Arsenal”la oyunda meydana çıxa biləcəyini deyib:


“Qomeş həftə sonu keçirilən məşqdə yaxşı, rahat oynadı. Məncə, artıq oynamaq üçün hazırdır. İlk oyunundan sonra özünü necə hiss etməsi ilə bağlı onunla danışacam. Şəxsi düşüncəm, oynaya biləcəyidir. Onunla söhbət edib, birlikdə qərar verəcəyik”.


Qomeşin noyabrda “Tottenhem”lə keçirilən oyunda (1:1) ayağı sınmışdı.

“Arsenal” – “Everton” oyunu fevralın 23-də keçiriləcək.

CBCsport
05 Aprel 2020
04 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL