TOP 10

Kapitan baş məşqçini günahkar saymır, çıxış yolunu göstərir, "Neftçi"ylə matça dönüş nöqtəsi kimi baxır: "Heç nəyi bəhanə etmək istəmirəm, sadəcə, oynadığımız futbol o qədər bərbad deyil ki..."

Futbol
Tarix: 2020-02-19 16:00

"Qəbələ" qış fasiləsindən sonra ilk 2 turda əsas qapıçısı, eyni zamnda kapitanı olan Anar Nəzirovun xidmətindən yararlana bilmədi. Bu da 35 yaşlı qapıçının cəzalı olmasıyla bağlı idi. Anarın "çərçivə"yə qayıtması da məğlubiyyətdən qaçmağa imkan vermədi, komanda yenə meydanı xalsız tərk etdi. Halbuki, "Qəbələ" "Səbail"lə səfər matçında fasiləyə hesabda 1:0 irəlidə yollanmışdı. Nəzirov Sport24.az-a müsahibəsinə bu məqamla bağlı fikirlərini bildirməklə başlayıb. 

 

- Neçənci dəfədir oyunları hissələrə bölürük - birinci hissə yaxşı çıxış edirik, ikinci hissə pis və yaxud əksinə. Artıq adam bunu nəyləsə ifadə edə bilmir.

 

- Hər halda, hər bir şeyin izahı olmalıdı...

- Çalışacağıq vəziyyəti düəzldək. Elə bir durumdayıq ki, bundan çıxmağa borcluyuq.

 

- "Qəbələ" mövsümün əvvəlində də belə "qara zolağ"a düşmüşdü...

- Elədi. Onda olduğu kimi, əlimizdən gələni edəcəyik, məşqlərdə çox çalışacağıq ki, bu uğursuz dönəmi arxada qoyaq. Çünki ilk 3 tura məğlubiyyətlə başladıq. Mövsümün əvvəlində də belə olmuşdu, ilk 3 turun ssenarisi təkrarlanır. Sonradan komanda toparlana bildi.

 

- Bu, nəyin hesabında oldu ki, indi də bunu edə bilərsiniz?

- Ancaq birliyin hesabına. Başqa cür bunun yolu yoxdur da...Toparlanmalıyıq, çıxmalıyıq. "Səbail"i misal çəkə bilərəm. Nə qədər uzun müddət qalib gələ bilmirdilər, səbr göstərərək məqsədlərinə nail oldular, artıq ardıcıl 2 matçdı qalib gəlirlər. Biz də əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. 

 

- "Səbail"lə səfər oyunlarınız alınmır, qələbəyə həsrət qalırsınız. Bunu nəylə əlaqələndirərdin?

- Meydançalarında qazon sintetikdi. Bunu da bəhanə etmək istəmirəm, sadəcə, ola bilər ki, təsirini göstərsin. "Səbail" evdə yaxşı oynayır, "Qarabağ"la matçda da bunu gördük. Heyətini də müəyyən mənada gücləndirib.  

 

- Ola bilərmi motivasiya olmayasanız ki, çempionat artıq əldən getdi, bütün gücümüzü Kuboka saxlayaq?

- Yox-yox. Məşqçilərimiz bizi hər matça qələbəyə kökləyir. Oynadığımız futbol o qədər bərbad deyil ki, hər şeyi buraxaq, Kuboka köklənək. 

 

- Komandadan gedənlərin yeri hiss olunurmu? Xüsusilə orta sahədə İbrahima Niassenin...

- Hiss olunur deyəndə ki, komanda öz oyununu tapmışdı, Özünüz də görmüşdünüz ki, onların vaxtında necə futbol oynayırdıq. Hazır komandaydı, onlar getdi, yenilər gəldi. Onlar da 2-3 oyuna adaptasiya ola bilməzlər, bu yalan söhbətdi. Yenilərə toparlanmaq üçün vaxt lazımdı. Ancaq heç bir şeyi bəhanə olaraq demək istəmirəm. Uduzmuşuq, bunu nəticəyə görə məsuliyyət üzərimizə düşür. Bu vəziyyətdə, ondan çıxmaq sırf bizm problemdi. Burda Elmar Baxşıyev başda olmaq məşçqilər korpusunun günahı yoxdu. 

 

- Qış fasiləsindən sonra 3 oyuna 8 qol buraxmısınız. Niyə belə çox?

- Elə bir qollar buraxırıq ki, adam sözlə ifadə edə bilmir. Təcrübəsizlik də deməyək. Oynayırıq, ancaq hər dəfə 2-3 qol buraxırıq. Bunu izah eləmək çətindi.

 

- Buraxdığın 3-cü qolda penalti vardı?

- Vardı. Məcburiyyətdən rəqibi yıxdım, təkbətək çıxmışdı. Az qala11 metrlik cərimə zərbəsini dəf etmişdim. Heç bir şey alınmadı, həmin gün bizim günümüz deyildi. Bəli, uzun fasilədən sonra ilk rəsmi matçım idi. Ancaq cəzam elə böyük deyildi. Qış fasiləsində yoxlama matçlarına gənc həmkarım Tərlan Əhmədliylə hərəmiz bir hissə oynayırdıq. Oyun praktikası sarıdan problemim yoxdu. Uğursuz çıxışına görə hamımız günahkarıq, xalsız qalmağın əziyyətini çəkirik.

 

- Növbəti turda yaxşı formada olan "Neftçi" ilə görüşəcəksiniz. Nə dərəcədə realdı dönüş nöqtəsi etmək?

- Bu oyuna ciddi, ən yaxşı çəkildə hazırlaşırıq. Evdə, doğrma azarkeşlər önündə oynayırıq, yaxşı movivasiyla çıxıb, yaxşı nəticəylə bitirə bilərik. Buna nail olmağa məcburuq.

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL