TOP 10

“Qarabağ”ın sabiq legioneri Prosineçkini ikiüzlü adlandırdı: "Mənə başqa, mətbuata başqa sözlər deyirdi"

Dünya Futbolu
Tarix: 2020-02-19 14:00

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç bir müddət Azərbaycan millisini də çalışdıran Robert Prosineçkini ikiüzlü adlandırıb. Sport24.az xəbər verir ki, yenidən Bosniya və Herseqovina milli komandasına dəvət alan qapıçı yerli mətbuata verdiyi açıqlamada Prosineçki haqda danışıb:


“Baş məşqçi Dusan Bayeviç və köməkçiləri bu yaxınlarda yanıma gəldilər və məni izlədilər. Məşqçilərin futbolçuları izləməsi, onlarla maraqlanması yaxşı haldı, bundan məmnunam. Mən hər zaman milli komanda üçün çalışmışam. Ancaq keçmiş baş məşqçi Prosineçki ikiüzlü idi. Mənə başqa, mətbuata başqa sözlər deyirdi”.


Xatırladaq ki, müqavilə ilə "Bornmut"a məxsus olan Asmir cari mövsümün ilk yarısını "Qarabağ"da keçirib. Hazırda "Kayserispor"u çalışdıran Prosineçki 2014-17-ci illərdə millimizi çalışdırıb. O, ötən il Bosniya və Herseqovina yığmasından ayrılıb.

CBCsport
10 Iyul 2020
09 Iyul 2020
B.eÇ.aÇC.aCŞB