TOP 10

"Atlılar"ın altıları

Futbol
Tarix: 2020-02-19 12:49

Özümü bildiyim vaxtda - 80-ci illərin ortalarında futbola sevgimin yarandığı, oyunları izləməyə başladığım dövrdə ən böyükhesablı qələbə kimi 6:0 yadımda qaldı. İkisi də təxminən eyni vaxta düşürdü - "Neftçi"nin SSRİ çempionatında "Kayrat"a, SSRİ yığmasının dünya çempionatında Macarıstana bu hesabla qalib gəlməsindən bəhs edirəm. Premyer Liqamızın son 6 ilinin çempionu, hazırkı mövsümün lideri də olan "Qarabağ" üçün də 6:0 artıq doğmalaşıb. Qurban Qurbanovun komandası son 2 mövsümdə artıq 3 belə ağır zərbəni vurub - 2 dəfə "Zirə"yə, 1 dəfə "Sumqayıt"a. Özü də bunların hamısı səfərdə olub. Yəni, "Qarabağ" özünü heç də qonaq kimi aparmır. "Zirə" birinci belə silləni "Dalğa Arena"da, digərini Zirədə doğma meydanında alıb. Birincisi ona görə Mərdəkanda olub ki, həmin vaxt Zirə Olimpiya Kompleksinin stadionunda qazonla bağlı yenidənqurma işləri gedirdi. 

 

Maraqlıdı ki, "Qarabağ"dan 0:6-lıq zərbəni alan baş məşqçilər keçmiş futbolçuları alıb. Çünki "Zirə"ylə Samir Abasovla Zaur Həşimov, "Sumqayıt"da Ayxan Abbasov məhz Qurbanovun rəhbərliyi altında Ağdam klubunda çıxış edib. Yəni, müəllim tələbələrinə rəhm etmir, ilk növbədə peşəkarlığı əsas tutur. 

 

"Köhlən atlar" üçün ümumiyyətlə, 6 rəqəmi artıq doğmalaşır. Gəlin, nəzər salaq: Qurban Qurbanovun komandası son 6 ilin çempionudu, son 6 ildə bir qayda olaraq avrokuboklarda qrupda çıxış edir. Azərbaycanın qitəmiqyaslı turnirlərdə bu əsas mərhələdə bütün qələbələri "Qarabağ"la bağlıdı. Çünki digər təsmilçilərimiz olan "Neftçi"ylə "Qələbə"nin qrupda qələbəsi yoxdu. Bəs görəsən, "Qarabağ"ın neçə belə qələbəsi var? Bəli, məhz 6. Ağdam təmsilçisi Azərbaycan Kubokunu da 6 dəfə qazanması maraqlı təsadüf kimi diqqət çəkməyə bilməz. 

 

Göründüyü kimi, Qurbanovlu "atlılar" üçün 6 adətən uğur gətirir. Ancaq uğusuzluqda da bu rəqəmin izi var. Təcrübəli mütəxəssis 2008-ci ildən çalışdırdığı bu komandada ən ağır məğlubiyyətini məhz 0:6 hesabıyla alıb. Bu, Azərbaycanın Çempionlar Liqasının qrup mərhələsində debütü olan 2017-ci ilin sentyabrın 12-də Londonda "Çelsi"ylə görüşdü. Qurbanov "Qarabağ"la daxili yarışlarda ən ağır məğlubiyyətini alanda da 6 qola üzülüb. Bu, Premyer Liqamızda 2012-ci ilin sentyabrın 17-də AZAL-la səfərdə 2:6 hesabıyla uduzduğu görüşdü. "Qarabağ" 1992-ci ildən fasiləsiz çıxış etdiyi milli çempionatımızda bir matçda 6 qolu tarixində ilk və yeganə hal olaraq onda buraxıb. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
05 Aprel 2020
04 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL