TOP 10

"Keşlə" uduzanda ilk irad Slavik Alxasova gəlir: "Avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə aparırsansa, təzyiqin olmağı da normaldı"

Futbol
Tarix: 2020-02-19 10:10

"Keşlə" qış fasiləsindən sonra qələbəylə başlasa da, sonradan ardıcıl məğlubiyyətlər gəldi. Qəbələ səfərindən 2:1 hesabıyla qayıdan Tərlan Əhmədovun komandası ardından autsayder "Səbail"ə evdə 0:1, "Bakcell Arena"da "Keşlə"yə 1:3 hesabıyla yenildi. "Keşlə"nin kapitanı Slavil Alxasov Sport24.az-a müsahibəsində uğursuzluğun səbəbləri, qarşıdan gözləntiləri haqda danışıb.

 

- Komandanın kapitanı olaraq, ardıcıl 2 məğlubiyyəti nə ilə izah edirsən?
- Həqiqətən də iki oyuna xallarımızı itirmiş olduq. Mən özüm də belə məğlubiyyətlər gözləmirdim. Buna baxmayaraq, qarşıda 11 tur var və yaxşı nəticələrimiz irəlidədir.

 

- Baş məşqçiniz Tərlan Əhmədov "Neftçi"ylə oyundakı məğlubiyyətin məsuliyyətini üzərinə götürdü. Bə,s kapitan məsuliyyətin hansı hissəsinə cavabdehdir?
- Baş məşqçi nə deyirsə, nə qərar verirsə, ona hörmətlə yanaşırıq. Sözsüz ki, komanda uduzanda ilk irad mənə olur. Kapitan olduğum üçün rəhbərlik də iradları birinci mənə bildirir. Məsuliyyəti mən də daşıyıram. Dediyim kimi, qarşıda yaxşı nəticələrimiz olacaq və mən əminliklə deyirəm ki, komanda olaraq bir-birimizə inanırıq. Növbəti turdan başlayaraq qələbələrimizi sıralayacağıq.

 

- Komanda yoldaşların ilə fərdi və ya kollektiv formada söhbət etməyi düşünürsən? 
- Hər gün danışırıq. Komandada bununla bağlı problem yoxdur. Matçdan sonra bir araya gəldiyimiz gün də söhbətimiz olub. Futbolçular özləri də dərk edirlər ki, növbəti turlarda nə olursa olsun müsbət nəticələr olmalıdır.

 

- Arxadan gələn komandalar fərqi azaldır. Bu, komandada əlavə təzyiq yaratmır?
- Hazırda 3-cü pillədəyik və 4-cü komandayla aramızda 4 xallıq fərq var. Təzyiq hər zaman olur. Avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə aparırsansa, təzyiqin olmağı da normaldı.

 

- Qarşıda "Zirə" ilə oyun gəlir. Məğlubiyyət aradakı fərqin 3-ə enməsini şərtləndirəcək. Buna oyun haqda nə düşünürsən?
- Növbəti tur çətin olacaq. "Zirə" yaxşı futbolçulara malik olan komandadır. Bəlkə də bizim üçün ən vacib oyunlardan biri olacaq. Hər halda, bu görüşdə qalib olan tərəf olmaq istəyirik.

 

 

 

FƏRƏC ASLANOV

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL