TOP 10

Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə 6 namizəd qalıb - 2-si artıq məlumdur

Futbol
Tarix: 2020-02-18 17:14

Azərbaycan millisinin baş məşqçisinin vəzifəsi hələ də boş qalır. Sport24.az xəbər verir ki, hər ikisi italiyalı olan iki namizədin adlarını öyrənmək mümkün olub.

 

Oxucuları bu mütəxəssislərlə tanış etməzdən əvvəl qeyd edək ki, əvvəlcədən elan edilmiş 32 namizədlik siyahıda say artıq 6 nəfərə endirilib.


Adlarını öyrəndiyimiz namizədlərə gəlincə, onlardan birincisi Çezare Prandellidir. 63 yaşlı italiyalı mütəxəssis klub baş məşqçisi olaraq bir çox nailiyyətlərə imza atıb. Ancaq sirr deyil ki, AFFA rəhbərliyi milli komandalarda təcrübəsi olan mütəxəssis axtarır. Prandelli belə bir təcrübəyə malikdir - 2010-cu ildən 2014-cü ilə qədər İtaliya komandasına rəhbərlik etmiş və AVRO-2012-də onu gümüş medallara daşımışdı. Prandellinin son iş yeri keçən mövsüm vidalaşdığı A seriyası təmsilçisi "Cenoa" olub. 
 

İkinci namizəd də italiyalıdı. Söhbət Canni De Byazidən gedir. 64 yaşlı bu mütəxəssisin də müxtəlif klubların baş məşqçisi kimi yaxşı göstəriciləri var. Ancaq bizi yuxarıda qeyd etdiyimiz kimi, milli komandalarda iş maraqlandırır. De Byazi Albaniya milli komandasının rəhbərliyində 6 il - 2011-17-ci illərdə çalışıb. İtalyanın işi mütləq mükəmməl qiymətləndirilməlidir! Məhz onun rəhbərliyi altında kifayət qədər orta səviyyəli Albaniya milli komandası tarixində ilk dəfə AVRO-2016-nın final mərhələsinə yüksəlib. Bu əfsanəvi komandanın kapitanı, “Qarabağ”da uzun illər uğurlu çıxışıyla azərbaycanlı azarkeşlərə yaxşı tanış olan Ansi Aqolli olub. Yeri gəlmişkən, De Byazinin rəhbərliyi altında albanlar Rumıniya millisini məğlub edərək (1:0) final mərhələsində hələ ki yeganə qələbəsini əldə ediblər (Football24.az). 

 

 

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL