TOP 10

Dadaşov “Liverpul”a qarşı 90 dəqiqə oynadı

Dünya Futbolu
Tarix: 2020-02-18 09:31

Futbol üzrə İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb.

 

Futbolçumuzun komandası 17-ci tur çərçivəsində doğma meydanda “Liverpul”un U-23 kollektivi ilə üz-üzə gəlib. “Vulverhempton” bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:2.

 

Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

 

“Vulverhempton”un gəncləri bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıblar.

CBCsport
02 Iyul 2020
01 Iyul 2020
B.eÇ.aÇC.aCŞB