TOP 10

Həşimov onu narahat edən məqamlara toxundu, komandasında qırmızı vərəqələrin çoxluğunu intizamsızlıq saymadı: "Cavid barədə də qərar verəcəyik"

Futbol
Tarix: 2020-02-18 10:11

Hələ qış fasiləsində transferləriylə, Antalyada yoxlama matçlarında uğurlu nəticələriylə adından söz etdirən "Zirə" Premyer Liqanın son turunda da diqqət mərkəzinə düşdü. Ancaq bu dəfə yaxşı planda yox. Belə ki, Zaur Həşimovun komandası lider "Qarabağ"a evdə 0:6 hesabıya uduzdu. 39 yaşlı mütəxəssislə Zirədəki uğursuz görüşdən bir qədər müddət keçəndən sonra ətraflı söhbətləşməyi məqsədəuyğun saydıq. 

 

- "Qarabağ"a 0:6-nı soyuq başa təhlil edəndə. hansı nəticəni çıxarırsınız?

- Belə oyunlar olur. Təhlil etsək, dahi məşqçilər də belə vəziyyətə düşürlər. Əsas odur ki, tez bir bir zamanda bu vəziyyətdən çıxa bilək.

 

- İnamsız təsir bağışlayan qapıçı Orxan Sadıqlını belə güclü rəqibə qarşı qoymaq nə dərəcədə məntiqəuyğun idi? Bu seçimdə yanlışlığa yol verdiyiniz etiraf edirsiniz?

- Şikayət etməyi sevmirəm. Bu oyunda da, "Sumqayıt"la matçda da ciddi problemlərimiz var idi. Bu da əsasən yerli oyunçu baxımından irəli gəlir. Dəyişiklik etmək üçün belə oyunçu qıtlığı var idi. Limitə görə Orxanı oynatmağa məcbur idik.

 

- Ümumiyyətlə, komandanızda qapıçı problemi hiss olunur. Bunu qış fasiləsində həll etməyə nə mane oldu?

- Üzdə olan yerli qapıçıların hamısının öz klubları ilə müqaviləsi var. Legioner qapıçımız olsa da, həm yerli oyunçu limiti, həm də yaş limiti olduğuna görə çətinlik çəkirik. Buna baxmayaraq, bu böyük hesabla uduzmağa səbəb deyil. Ən pisi odur ki, mübarizəsiz uduzduq. Bir var məğlub olursan, bir də var təslim olursan. Biz təslim olduq.

 

- Toplanışda da çox az oynayan, yeni transferlərdən sonra ikinci plana keçən mərkəz müdafiəçisi Miloş Bakraçı birdən-birə oynatmaq, necə deyərlər, tankın altına atmaq, Adrian Skartakeni yalnız 2-ci hissədə meydana buraxmaq - bu, nəticədə hansı rol oynadı?

- Bəzi oyunlar var ki, biz heyəti rəqibə uyğun qururuq. Bakraçı oynatmaqda məqsədimiz var idi. Əfsuslar olsun ki, məqsədimizə nail ola bilmədik.

 

- Qış fasiləsində qaytardığınız müdafiəçi Yovan Krneta hələ də oynamayıb. Nədir səbəb?

- Bilirsiniz ki, onu əvvəl baxışa dəvət etmişdik. Antalyada “Napredak”la oyunda zədə aldı. Buna görə də ona tam sağalması üçün vaxt verdim. Hazırda bizimlədir. Bir müddət məşqləri buraxdığına görə oynamasına risk etmədik.

 

- Komandanız sizin dönəmdə 10 oyuna 25 qol buraxıb, yalnız "Sabah"la matçda qapısını toxunulmaz saxlayıb. Çox deyll? Müdafiədə boşluqları nəylə əlaqələndirərsiniz?

- Çoxdur. Bu mövzuya hər zaman toxunmuşam. Bizim promlem tək müdafiədə deyil, ümumi komanda olaraq müdafiə oluna bilmirik. 14 rəsmi oyuna çıxmışıq ki, bunlardan da az oyun var ki, meydanı qol buraxmadan və ya az qol buraxaraq tərk etmişik. Qol buraxdığımız bütün oyunlarda isə diqqətsizlikdən və dediyim kimi, ən əsası, mübarizə aparmadan məğlub olmuşuq. Uduzduğumuz 4 oyunun hamısına elə olmayıb ki, oyun alınmasın və ya bəxtimiz gətirməsin. Sırf bu dörd oyunu mübarizəsiz uduzmuşuq. Təkcə "Sumqayıt"la oyunda komanda "döyüşdü". Mübarizə aparmırıq, problem budur. Buna görə də çox qol buraxırıq. b

 

- Komanda mübarizə aparmırsa, səbəb nədir? Özünəinam yoxdur?

- Xeyr. Komanda mübarizə aparmır yox, sırf məğlub olduğumuz oyunlarda mübarizə aparmayıb. Hər dəfə məğlubiyyətdən sonra toparlanmağı bacarmışıq. İlk dəfə idi ki, ardıcıl iki oyun uduzduq.

 

- Növbəti turda "Keşlə"ylə ağır matç gözləyir. İtkiləriniz də var. Necə toparlana biləcəksiniz?

- Bütün oyunlar ağırdır. Çalışacağıq ki, toparlanaq.

 

- Qırmızı vərəqələr də çoxdur. "Sumqayıt"la oyunda da, "Qarabağ"la oyunda da azlıqda qaldınız. Xüsusən Cavid Hüseynovu qeyd edərdim ki, "Sumqayıt"la oyunda qırmızı vərəqəyə "can atırdı". "Qarabağ"la oyunda "istəyinə çatdı". İntizam problemi var?

- İntizamsızlıq deməzdim. Oyunlarda gərginlik var. Uşaqlar böyük həvəslə oyunlara hazırlaşırlar. Qələbə istəyi var. Düzdür, məğlubiyyətlə barışa bilmək də qalibiyyətdir. Oyunlardan əvvəl də bu haqda danışmışdıq. Pxisoloji amillərin də böyük rol oynayacağını bildirmişdik. Əfsuslar olsun ki, bu iki oyunda özümüzü cilovlaya bilmədik. İlkin Muradovun epizodu sırf oyundan idi. İkinci sarı vərəqədən sonra meydandan uzaqlaşdırıldı. Cavidlə Ağabalanın epizodu isə dediyim amillərlə bağlıdı. Buna baxmayaraq bu onlara rəvac vermir ki, bu addımı atsınlar. Daxildə bu məsələləri də həll edirik.

 

- Cəza gözləyir onları?

- Ağabala haqqında artıq tədbir görmüşük. "Qarabağ"la oyundan 2 gün keçib. Sabah yəqin ki, Cavid barədə də qərar verəcəyik.

 

 

 

 

FƏRƏC ASLANOV

 

 

CBCsport
06 Aprel 2020
05 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL