TOP 10

Jelko Sopiç: "Azərbaycanda problem ondadır ki, klublar bütün pulu yay transfer dövründə xərcləyirlər"

Futbol
Tarix: 2020-02-17 18:00

"Azərbaycanda "Sabah" klubunu çalışdırıram. "Rudes"dən ayrıldıqdan sonra Zaqreb "Dinamo"sunun əvəzedici komandasında işlədim. Orada Dani Oymo, İvan Şunyiç və Yosip Brekalo kimi istedadlı futbolçuların üzə çıxmasında yaxından iştirak etdim”. Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç Fransa mətbuatına açıqlamasında söyləyib.

 

Azərbaycan klublarının transfer siyasəti haqda danışan xorvatiyalı mütəxəssis əsas problemi gsötərib: "Burada problem ondan ibarətdir ki, klublar bütün pulu yay "transfer pəncərəsi"ndə xərcləyirlər. Bundan sonra isə yeni komanda formalaşdırmaq mümkün olmur. Nəticədə əlində olan futbolçulara kifayətlənməlisən. Qarşıya qoyulan vəzifəyə çatmaq üçün mübarizəmizi davam etdiririk. Burada vəziyyət Fransa və İspaniyadakı kimi deyil. Məsələn, büdcənizi yaxşı idarə etməlisiniz”.
 

Sopiç "Sabah"ın fransalı futbolçuları Kevin Kubemba və Amadu Diallo haqda da fikirlərini bildirib: "Kubembanın ayağı sındığı üçün onu hələlik yalnız məşqlərdə görürəm. Diallo isə yaxşı reaksiyası olan sürətli futbolçudur. Sadəcə, atasının ölümünə görə şəxsi problemləri səbəbindən istədiyimiz oyunu göstərə bilmirdi".

 

CBCsport
06 Aprel 2020
05 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL