TOP 10

“İntellektual Kubok”un qalibləri bəlli oldu

Futbol
Tarix: 2020-02-17 16:24

Fevralın 16-da “Bulvar Hotel”də AVRO-2020-yə həsr olunmuş “İntellektual Kubok” təşkil olunub. Sport24.az xəbər verir ki, yurnirə qeydiyyat yanvarın 31-dən fevralın 12-dək olan müddəti əhatə edib. İştirak üçün müraciət etmiş 158 komanda arasından ilk 40 komanda tunirdə öz biliyini göstərmək şansı qazanıb.

 

Tədbiri AVRO-2020-nin Bakı üzrə Yerli Əməliyyat qrupunun Layihə koordinatoru Kamran Vəliyev açıq elan edib.

Oyun hər birində 12 sual olan 5 turdan, ümumilikdə isə 60 sualdan ibarət olub. Turnirə qatılan iştirakçılar Avropa çempionatının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar, tanınmış futbolçular, eləcə də ev sahibi şəhərlər ilə bağlı sualları düzgün cavablandırmağa çalışıblar. Avropa Çempionatı ilə bağlı mövzunun açılış sualını isə veteran futbolçumuz, AVRO-2020-nin ev sahibi şəhərlərindən olan Bakının səfiri Vəli Qasımov səsləndirib.

 

İntellektual yarışın aparıcısı isə tanınmış televiziya və radio aparıcısı Fateh olub.

 

“Nə? Harada? Nə zaman?” intellektual oyununun qaydaları əsasında təşkil olunan tədbir gərgin mübarizə şəraitində keçib. Turnirin çempionu - “Vendetta” komandasına 1200 AZN, ikinci yerin sahibi “Lister” komandasına 900 AZN, üçüncü yerdə qərarlaşan “Diplomat” komandasına isə 600 AZN dəyərində pul mükafatı təqdim olunub. Eyni zamanda, hər 3 komandaya Bakıda keçiriləcək AVRO-2020 oyunlarından birinə biletlər hədiyyə edilib.

 

 

CBCsport
02 Iyul 2020
01 Iyul 2020
B.eÇ.aÇC.aCŞB