TOP 10

Aqil Məmmədov çəkdiyi əziyyətin bəhrəsini görür, hazırda milli haqda düşünmür: "Oynamasam da, həvəsdən düşmürdüm, əsas da budur"

Futbol
Tarix: 2020-02-17 17:17

"Neftçi"nin uzun müddət əsas qapıçısı Səlahət Ağayev idisə, indi fərqli mənzərədi. Belə ki, yeni baş məşqçi Füzuli Məmmədov ardıcıl 2-ci matçdı "çərçivə"ni xeyli vaxt ehtiyatda qalmış Aqil Məmmədova tapşırır. 31 yaşlı bu qolkiper də etimadı layiqincə doğruldur. Ən azı ona görə ki, Aqil "Qarabağ" və "Keşlə" kimi güclü rəqiblərlə matçlarda qapısını toxunulmaz saxlayıb. Məmmədov Sport24.az-a müsahibəsində bu və digər məqamlara bağlı sualları cavablandırıb. 

 

- Meydanı hamıdan yaxşı qapıçı görür. "Keşlə" ilə oyun sənə necə görünürdü?

- "Keşlə" ilə aramızda bir xal fərq var idi. Xal fərqini artırmaq baxımından bu oyun bizim üçün çox vacib idi. Komanda yoldaşlarım çox yaxşı oyun göstərdilər. Rəqibi də yaxşı təhlil etmişdik. Allaha sükürlər olsun ki, yaxşı oyunla 3 xalı qazandıq.

 

- Öz çıxışından razısan?

- Öz oyunum haqda danışmaq istəməzdim. Bu haqda məşqçilər nəsə deyə bilərlər.

 

- "Qarabağ"la görüşü da nəzərə alsaq, 180 dəqiqə oyun epizodundan qol buraxmamısan. Uzun müddət ehtiyatda qalan, oyun praktikasından əziyyət çəkən bir qapıçı buna necə nail olur?

- Oymasam da, məşqlərimi edirdim. Həvəsdən düşmürdüm. Məncə, əsas da budur. Çəkdiyim əziyyətin də bəhrəsini görürəm.

 

- Oyun ərzində lazımsız vaxt itkilərinə yol vermirdin. Topu vaxtında oyuna daxil edirdin. 25-30 metr məsafədən əllə dəqiq ötürmə edib, komandanı sürətli hücuma çıxarmağa çalışırdın. Halbuki hesabda irəli idiniz. Bu özündən gələn bir xarakterdi, yoxsa məşqlərdə belə tapşırıq alırsan?

- Oyunda üstünlük bizdə idi. Komanda yoldaşlarımın da rahat oynadığını gördükcə ona uyğun da oyunu başlayırdım.

 

- Penalti vurulandan sonra rəqibin topu götürməsinə görə komanda yoldaşlarına irad bildirdin. Bu nə ilə bağlı idi?

- Xeyr, komanda yoldaşlarıma yox, hakimə iradım oldu. Bu da penalti təyin etdiyinə görə idi. Mən tərəfdən Mbodjun hərəkəti penalti deyildi.

 

- İki oyunda qapında qol görməmisən. Milli komandanın üzvlərindən olan Səlahət Ağayev artıq ehtiyatda qalıb, Emil Balayev isə klubsuzdu. Belədə özünü millinin mart toplanışına dəvət olunacaq heyətində görürsən?

- Hazırda milli haqda deyil, ancaq "Neftçi" barədə düşünürəm.

 

- Liderlə arada 8 xallıq fərq var. Vəziyyəti necə görürsən?

- Düzdür, 8 xallıq fərqi bağlamaq çox çətindir. Buna baxmayaraq, ancaq öz oyunumuzu düşünürük.

 

 

 

 

CEYHUN ƏLİYEV

CBCsport
06 Aprel 2020
05 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL