TOP 10

Azərbaycan Premyer Liqasında mövsümün yeni rekordu

Futbol
Tarix: 2020-02-17 11:54

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb. Sport24.az xəbər verir ki, 17-ci turda qapılara 17 qol vurulub. 


“Zirə” – “Qarabağ” (0:6) görüşündə altı, “Neftçi” – “Keşlə” və “Səbail” – “Qəbələ” (hər ikisi 3:1) matçlarında dörd, “Sumqayıt” – “Sabah” (1:2) oyununda üç top vurulub. Turun 4 qarşılaşmasında meydan sahibləri 7, qonaqlar 10 dəfə fərqlənib. Orta məhsuldarlıq 4,25-ə bərabər olub. Bu, mövsümün ən yüksək göstəricisidir. Əvvəlki rekord 16 qolun qeydə alındığı 12-ci tura təsadüf edib.


Ölkə çempionatlarında orta məhsuldarlığın 4,25 və ya daha yüksək olması sonuncu dəfə ötən mövsüm qeydə alınmışdı. 2018/19 mövsümünün 11-ci turunda da indiki kimi 17 qol vurulub.

football24
23 Oktyabr 2020
22 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB