TOP 10

Mahir Emreli – 40!

Futbol
Tarix: 2020-02-17 11:38

“Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub. Sport24.az PFL-ə istinadən xəbər verir ki, bu, 17-ci turun “Zirə” ilə səfər matçına (6:0) təsadüf edib. Ölkə çempionatlarında 117-ci oyununa çıxan hücumçu yubiley qoluna sevinib.


Mahir Premyer Liqada keçirdiyi yalnız ilk mövsümdə qol vura bilməyib.


Mahir Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 57-ci futbolçudur. O, eyni sayda fərqlənən Mehman Allahverdiyev, Samir. A. Məmmədov, Junivan Suares və Fernando Pereslə birlikdə bombardirlər siyahısında 53-57-ci yerləri tutur.


Debüt etdiyi “Bakı”da qol hesabını açmayan Emreli “Qarabağ”ın heyətində Premyer Liqada 40-cı dəfə fərqlənib. O, Ağdam klubunun ölkə çempionatları tarixindəki 5-ci bombardiridir.


Yalnız 4 futbolçu Mahirə qədər 40 top səddini adlayıb. Hücumçu ötən turda “Qarabağ”da 100-cü çempionat oyununu keçirib.

CBCsport
28 Mart 2020
27 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL