TOP 10

Rauf Əliyev Avroliqaya düşmələrini hələ ki çətin sayır, Essyenin ulduz futbolçulardan fərqini göstərir: "Səbail" mənim üçün doğma klubdu, çünki futbola burda başlamışam"

Futbol
Tarix: 2020-02-17 10:18

Premyer Liqamızın son turu "Səbail" üçün də uğurlu oldu, qış transferi Rauf Əliyev üçün də. Belə ki, təcrübəli hücumçu yeni klubunda qol hesabını açaraq "Qəbələ" üzərində 3:1 hesablı qələbədə pay sahibi oldu. Rauf məhz "ASCO Arena"da debüt matçında aldığı sarı vərəqə nəticəsində cəzalı duruma düşdüyündən, növbəti turu buraxmaq məcburiyyətində qalmışdı. Yəni, 31 yaşlı Əliyev "Səbail"də ilk qolunu 2-ci qarşılaşmasında vurmağa nail oldu. Rauf görüşdən sonra Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. 

 

- İki fərqli hissə oldu və sonda əzmkar qələbə qazandınız. Matçın belə gedişatını nəylə əlaqələndirərdin?

- Təkcə oyun başlayanda yox, hətta isinmə hərəkətlərində olanda da hiss olunurdu ki, komandada bir az rahatçılıq var. Onun da ziyanını çəkdik görüşün əvvəlində, qol buraxdıq. Bu, fasiləyədək qapımız qarşısında yeganə təhlükəli epizod oldu. Əsas odur ki, sonda oyunu çıxara bildik. Komanda artıq birinci hissənin ortalarından özünə gəldi və fasilədən sonra qollarımızı vurduq. Vacib olan uğurlu seriyaya başlamağımızdı, artıq ardıcıl iki matçdı qələbə qazandırıq. Hər şey yolundadı.

 

- "Səbail"in qış fasiləsindən sonra çıxışında yaxşılığa doğru dəyişiklik var. Halbuki, bu 4 aydı qələbə üzünə həsrət qalan, qış fasiləsində aparıcı futbolçuları gedən komandadı. Dəyişən nədi ki, belə çıxış alınıb?

- Deyə bilmərəm. Bu, futboldu, uğursuzluq seriyası olur. Gedənlər də dediyiniz kimi, yaxşı futbolçular idi. Özümü kənara qoyuram, gələnlər də komandaya güc qatıb. Oyunda da baxımlılıq hiss olunur. Motivasiyaya gəlincə, toparlalanırıq, oynayırıq. Hər şey qaydasındadı. Komandanın futbolçusuyuq, meydançaya qələbə üçün çıxmalıyıq.

 

- "Səbail"də qol hesabını artıq açdın. Bu, sənin üçün nə qədər vacib oldu?

- Hücumçuyam, qol vurmalıyam. Şükür Allaha ki, bu dəfə fərqləndim, qələbədə vacib qol vurdum. Hər şey mənim üçün yaxşıdı.

 

- Karyeranda artıq neçənci klubdu qol hesabını açırsan. Maraqlıdı, bunu saymamısan?

- Buna diqqət yetirməmişəm. Əsas odur ki, qol vururam, hücumçuyumsa, bunu etməliyəm.

 

- Maraqlıdı ki, bu çempionatda hər 2 qolunu "Qəbələ"yə vurmusan. Keçmiş komandanın qənimisən, yoxsa bu, sadəcə, maraqlı təsadüfdü?

- (gülür) Futboldu, olur belə şeylər.

 

- "Səbail"də özünü necə hiss edirsən? Tam uyğunlaşdığını söyləmək olar?

- Hər şey yaxşıdı. Mehriban kollektimiz var. Bütün futbolçular arasında əla ünsiyyət var - istər yerlilər, istərsə də əcnəbilər. Bu da komandanın nəticələrinə də, meydandakı futboluna da təsirini göstərir.

 

- Belə deyim var ki, iştah diş altında olur. Bu seriyaya başlayandan sonra Avroliqa zonası yaxın görünürmü?

- Bugünkü gündə bir az çətin görünə bilər. Çünki bütün komandalar o yer üçün mübarizə aparır. Çempionatın sonunadək əlimizdən gələni edəcəyik.

 

- Yəqin ki, "Səbail"ə gəldiyinə görə peşman deyilsən....

- Əlbəttə, bura əsas oynamaq üçün gəlmişəm. İndiyədək heç bir kluba keçəndə, heç vaxt peşman olmamışam. Ümumiyyətlə, həyatımdakı heç bir dəyişikliklərə görə peşmançılıq hissı keçirməmişəm. Bu gün "Səbail"dəyəmsə, mənim üçün hardasa doğma klubdu. Çünki bu meydançada böyümüşəm, burda başlamışam futbola.

 

- Onda 20-ci sahə qəsəbəsinin stadionu idi...

- Bəli. İlk məşqçim Ramiz Səadətov olub. "Səbail" üçün ən yaxşısını etməyə hazıram.

 

- "Neftçi"nin çıxışını izləyirsənmi? Qış fasiləsində baş məşqçi dəyişikliyi oldu, artıq Roberto Bordin yoxdu...

- Yox, izləmirəm. Bütün fikrim "Səbail"dədi.

 

- Növbəti turdan nə gözləyirsən? Digər "qonşu"nuzla - "Sabah"la görüşəcəksiniz. Arxayınlaşma olmayacaq?

- İndi elə bir mövqedəyik ki, əlbəttə, arxayınlaşmaq olmaz. Çünki önümüzdəki rəqib də "Sabah"dı. Hardasa əsas rəqiblərimizdən biridi. Ona görə çətin oyun olacaq. səfərdə çıxş edirik. Bizi çox ağır sınaq gözləyir. "Sabah" da son vaxtlar çox yaxşı çıxış edir. Bizim kimi iki qələbə qazanıb. "Sabah"ın da güclü heyəti var.

 

- "Səbail"də nominal mərkəz hücumçusu yalnız sənsən. Bu, səni rahatlaşdırmır ki, onsuz da şans qazanacam? Hər halda, "Neftçi"dəki hücum xəttindəki kimi güclü rəqabət yoxdu...

- Yox. Həmin mövqedə oynayan futbolçularımız var. Sadəcə, bu gün mən çıxış edirəm və heç bir rahatçılıqdan söhbət gedə bilməz. Çünki mübarizə aparıram ki, özümü ən yaxşı tərəfdən göstərim.

 

- Ulduz futbolçu Maykl Essyenlə komanda yoldaşı olmusan. Onun futbolçu karyerası məlumdu. Necə bir insandı? Sizə meydanda, ondan kənarda hansı faydası dəyir?

- Həqiqətən çox xoş bir hisslərdi ki, belə bir futbolçuyla bir komandadayıq. Artıq Azərbaycanda bütün futbolçular bilir ki, Maykl çox sadədi. Deməzsən ki, böyük klublarda oynayıb. Oyunçular var ki, özlərini yuxarıdan, ulduz kimi aparırlar. Essyen isə əksinə, çox sadədi. Həqiqətən peşəkardı, ondan öyrənirik, hamı görüb götürür. O, çox yaxşı insandı. 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
06 Aprel 2020
05 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL