TOP 10

Dmitri Nazarovdan cari mövsümdə 8-ci qol

Dünya Futbolu
Tarix: 2020-02-17 09:42

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
 

Aue təmsilçisi doğma meydanda “Holştayn”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.


Nazarov da bu matçın iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da Dmitri vurub. O, 70-ci dəqiqədə fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb.


22 turdan sonra 30 xala malik “Ersgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

CBCsport
06 Aprel 2020
05 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL