TOP 10

Anqola millisinin hücumçusu "Sabah"a keçidinin baş tutmamasının səbəbini açıqladı: "Onun burada olmağı məni daha yaxşı edir"

Futbol
Tarix: 2020-02-17 09:09

"Keşlə"nin qış transferi  Aleksandr Kristovao Premyer Liqanın XVII turunda "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları səfər matçından sonra müshaibə verib. Anqolla yığmasının hücumkusu Sport24.az-ında əməkdaşının sillaarını cavablandırıb.

 

- Məğlubiyyətinə nəylə izah edərdin?

 - Nəsə demək çox çətindir. Burada 3-cü oyunum idi. İki vacib görüşdə məğlub olduq. Hələ ki, oyunum haqda yaxşı bir şey deyə bilmərəm. Son iki görüş çox da pozitiv keçmədi. Ona görə də nəsə söyləyə bilmərəm.

 

- Çempionata tez alışa bilmisənmi?

- Əlbəttə ki, asan deyil. Mövsümün ortasında komandaya gəlmək və tez alışmaq elə də asan deyil. Amma bu işimdir. Əlimdən gələni etməyə çalışacağam ki, komandaya tez bir zamanda daha çox fayda verim.

 

- Azərbaycan Premyer Liqasına uyğunlaşmaq üçün nə qədər vaxt lazımdır?

- Bu barədə bir söz deyə bilmirəm. Mənim üçün hazırda ən vacibi tez bir zamanda uyğunlaşmaqdır.

 

- "Keşlə"yə gəlməmişdən öncə "Sabah"ın düşərgəsində baxışda olmuşdun, hətta bəyənilmişdin. Bizdə olan məlumata görə, maliyyə məsələsinə görə anlaşma olmamışdı. Ümumiyyətlə, "Sabah"a keçid niyə alınmamışdı?

- Daha yaxşı təklif gözləyirdim. Mənim üçün çox da rahat deyildi. Həmin vaxt Buxarest "Dinamo"su ilə müqavilə bağlamağı daha üstün tutdum.

 

- İndi "Keşlə"nin "vuran ayağı" Lorenzo Frutosdur. Ən məhsuldar futbolçudu. Özünüzü onunla rəqabət aparmağa hazır sayırsanmı?

- Frutos "Keşlə"nin əsas futbolçularından biridi. Onun burada olmağı məni daha yaxşı edir. Öz üzərimdə daha çox çalışıram. Kim əsas heyətdə oynayır, kim ehtiyatda qalır, bu, sadəcə, baş məşqçinin qərarıdır. Oyunuma fikir verirəm. Daha yaxşı olmağa çalışıram ki, əsas heyətdə yerimi qazanım.

     

 

 

CBCsport
06 Aprel 2020
05 Aprel 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL