TOP 10

Avropa çempionatının son günündə daha 2 medal!

Güləş
Tarix: 2020-02-17 00:08

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı sona çatıb. Sport24.az xəbər verir ki, fevralın 15-də son beş sərbəst güləşçimiz mübarizəyə qoşulub. 
 

Yarışa 1/4 finaldan start verən İntiqam Vəlizadə Türkiyə güləşçisinə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında son dünya çempionu Beka Lomtadzeyə məğlub olan həmyerlimiz fevralın 16-da bürünc medal görüşünə çıxıb və rumıniyalı idmançıya uduzub.


Hacımurad Hacıyev startda Polşa güləşçisini vaxtından əvvəl üstələsə də, 2 qat dünya və 3 qat Avropa çempionu Frank Çamizoya uduzub. Üstəlik, qolu sındığı üçün təsəlliverici görüşə də çıxa bilməyib.


Abubakr Abakarov 86 kq-da debüt görüşündə Latviya idmançısını erkən sıradan çıxarıb. Ancaq Avropa çempionu və dünya üçüncüsü Artur Nayfonov keçilməz olub. Rəqibin finala yüksəlməsi Abubakr üçün bürünc medala cığır açsa da, Abakarov təsəlliverici görüşdə 4:0 üstünlüyü əldən verərək fəxri kürsüdən kənarda qalıb.
Aslanbek Alborov təsnifat mərhələsində macar həmkarına aman verməyib. Ancaq 1/4 finalda Türkiyə pəhləvanına məğlub olub. Rəqib finala yüksəldiyi üçün son yarış günündə yenidən xalça üzərinə çıxan Alborov təsəlliverici qarşılaşmada yerli pəhləvanı vaxtından əvvəl üstələyib. Gürcüstan güləşçisiylə gərgin mübarizə şəraitində keçən dueldən də qalib ayrılan təmsilçimiz karyerasında ilk dəfə Avropa çempionatında fəxri kürsüyə qalxıb.


Camaləddin Məhəmmədov əvvəlcə bosniyalı, daha sonra türk rəqibini vaxtından əvvəl məğlub edib. Lakin 1/4 finalda Polşa güləşçisinə yenilib. Rəqib finala kimi irəliləyib. Belədə Məhəmmədov mübarizəni son yarış günündə davam etdirib. Təcrübəli güləşçimiz təsəlliverici görüşdə avstriyalı həmkarından güclü olub. Həlledici qarşılaşmada Ermnistan güləşçisiylə üz-üzə gələn yığma üzvü sona 4 saniyə qalmış aldığı xalla 4-cü dəfə Avropa üçüncüsü olub.  


Beləliklə, yığmamız AÇ-də ümumilikdə 5 medal (1 gümüş, 4 bürünc) medal qazanıb.


61 kq
1/4 final: İntiqam Vəlizadə - Hamza Alaca (TUR) 9:5
1/2 final: İntiqam Vəlizadə - Beka Lomtadze (GEO) 1:2
Bürünc medal görüşü: İntiqam Vəlizadə - Nikolay Oxlopkov (ROU) 1:3


74 kq
Təsnifat: Hacımurad Hacıyev - Patrik Kriştof Olenjin (POL) 12:2
1/8 final: Hacımurad Hacıyev - Frank Çamizo (İTA) 0:5
Təsəlliverici görüş: Hacımurad Hacıyev - Soner Demirtaş (TUR) -:+


86 kq
Təsnifat: Abubakr Abakarov - İvars Samusonoks (LAT) 10:0
1/8 final: Abubakr Abakarov - Artur Nayfonov (RUS) 2:8
Təsəlliverici görüş: Abubakr Abakarov - Axmed Maqamayev (BUL) 4:4*


92 kq
Təsnifat: Aslanbek Alborov - Bendequz Tot (HUN) 11:0
1/4 final: Aslanbek Alborov - Süleyman Karadeniz (TUR) 
Təsəlliverici görüş: Aslanbek Alborov - Simyone Yannattoni (İTA) 11:0
Bürünc medal görüşü: Aslanbek Alborov - İrakli Mtsituri (GEO) 2:0


125 kq
Təsnifat: Camaləddin Məhəmmədov - Elhad Hukiç (BİH) 11:0
1/8 final: Camaləddin Məhəmmədov - Tanju Gemici (TUR) 11:0
1/4 final: Camaləddin Məhəmmədov - Robert Baran (POL) 2:12
Təsəlliverici görüş: Camaləddin Məhəmmədov - Yohannes Ludeşer (AUT) 5:1
Bürünc medal görüşü: Camaləddin Məhəmmədov - Levan Berianidze (ARM) *2:2

CBCsport
14 Iyul 2020
13 Iyul 2020
12 Iyul 2020
B.eÇ.aÇC.aCŞB